Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


b )  Hissə və tam (bütöv) - predmet və hadisələri (və onların ünsürlərini) və



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
304 felsefe m N9dialektika eyani

b

Hissə və tam (bütöv) - predmet və hadisələri (və onların ünsürlərini) və 
onlar arasındakı
əlaqələri məcmu halda
 
ifadə edən və ya predmetin daxili tərəfləri 
arasındakı əlaqə və qanunauyğunluqları əks
etdirən fəlsəfi kateqoriyadır. 
Məhz bu 
əlaqələr əsasında ayrı-ayrı predmet və
 
hadisələr birləşib tamı əmələ gətirirlər, özləri də 
hissə kimi çıxış edirlər. Hissə və tamın əlaqəsinin nəzərə alınması gerçəkliyin dərk 
edilməsində mühüm əhəmiyyət kəsb edir. Hissə və tam kateqoriyası bütövlük 
prinsipinin ifadəsidir. Hissə elə predmet və hadisədir ki, onların məcmusu yeni, daha 
mürəkkəb predmet və hadisəni əmələ gətirir. Tam isə predmeti, hadisəni təşkil edən 
hissələrin tamamlanması, məcmusu nəticəsidir. 
Hissə və tamın əlaqəsi, mahiyyəti haqqında ilk fikirlər antik fəlsəfədə Platon və 
Aristotel tərəfindən irəli sürülmüşdür. İdealist fəlsəfədə tama hissələrin sadəcə toplusu 
kimi
 
baxmaq meyli güclü olmuş, onlara mənəvi fəaliyyəti məhsulu kimi yanaşmışlar. 
Şellinq, Hegel hissə və tama dünya ruhunun inkişafı nəticəsi kimi baxmışlar. Dialektik 
materializm predmet və hadisələrin öyrənilməsində tamlıq prinsipini əsas tutmaqla, 
hissə və tamın qarşılıqlı əlaqəsinin nəzərə alınmasına xüsusi əhəmiyyət verir, onların 
real gerçəklikdə obyektiv mövcudluğunu qəbul edir, həm də qeyd edir ki, mürəkkəb 
quruluşlu orqanizmlərdə tama
 
hissələrin sadəcə toplusu kimi baxmaq düzgün olmazdı. 
Tamda elə yeni keyfiyyət və xassə ola bilər ki, müəyyən hissədə (elementdə) olmasın. 
Odur ki, burada əsas cəhət hissə ilə tam arasındakı interaktiv əlaqələri tapmaq, onlara 
istinad etməkdir. Belə interaktiv əlaqələrə isə inkişaf prosesində yeninin tapılması, yeni 
növ tamlığın müəyyənləşdirilməsi, yeni struktur səviyyələrinin əmələ gəlməsi bütöv 
sistemin üzvi və qeyri-üzviyə, bioloji və sosial obyektlərə bölünməsinin 
müəyyənləşdirilməsi və s. aid olar. Analiz və sintez metodları ilə biz tamı hissələrə 
ayırmaq və ya tamı öyrənib hissələr haqqında nəticələr çıxarmaq vasitəsilə tam və hissə 
arasındakı qanunauyğun əlaqələri müəyyən edə bilərik. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin