28
xarici, səth tərəfidir, şeylərin ayrı – ayrı xassələri,
momentləri, cəhətləridir. Mahiyyət
həmin təzahürlər, müxtəlif momentlər, tərəflərdir, lakin ən sabit, dərin,
ümumi şəkildə
götürülmüşdür. Bəzən mahiyyəti obrazlı şəkildə sürətli çayın nisbətən sakit, güclü, dərin
axını ilə müqayisə edirlər.
Maraqlı cəhətlərdən biri budur ki, bir təzahürdə hökmən mahiyyət aşkara çıxır,
lakin tam şəkildə deyil, onun müəyyən bir hissəciyi aşkara çıxır. Əslində təzahür
mahiyyəti tamamilə əhatə etmir, onu yalnız hər hansı bir tərəfdən səciyyələndirir.
Bununla yanaşı, xalis mahiyyət, yəni heç bir şeydən meydana çıxmayan
mahiyyət də
yoxdur. Hər bir mahiyyət özünü bir sıra təzahürlərdə büruzə verir.
Bir məsələni də qeyd etmək lazımdır ki, mahiyyət ilə təzahür nəinki vəhdət təşkil
edir, habelə onlar bir – birinə əksdir, bunlar heç zaman bir – birinə mütabiq gəlmir.
Onların əksliyi gerçək predmetlərinin özlərinin daxili ziddiyyətlərinin ifadəsidir. Çox
vaxt mahiyyət də üzdə olmur, yəni görünmür. O, gizlidir, bilavasitə müşahidə oluna
bilmir. Mahiyyət yalnız predmetin uzun müddət hərtərəfli öyrənilməsi prosesində aşkara
çıxarıla bilər. Əgər şeylərin təzahür forması bir – birinə bilavasitə müvafiq olsaydı, onda
hər hansı bir elm gerçəksiz olardı (K.Marks). Bu,
o deməkdir ki, elmin vəzifəsi məhz
gerçəkliyin çoxlu təzahürləri, xarici tərəfləri, cəhətləri arxasında mahiyyəti, bunların
əsasını təşkil edən daxili, dərin prosesləri axtarıb tapmaqdan ibarətdir. Təzahürlər iki tip
olur: 1. Adekvat təzahürlər və 2. Adekvat olmayan təzahürlər. Zahirilik qeyri – adekvat
tipi kimi iki növə bölünür: a) mahiyyət daxili və b) mahiyyətlərarası.
Ümumiyyətlə, «təzahür» və «mahiyyət» kateqoriyalarının təhlili zamanı həmin
tiplər onların hər ikisinə aid edilir.
Çox vaxt təzahür həm hadisə, həm reallıq, həm
proses kimi də başa düşülür. Əslinə qalanda isə bu, mahiyyətin təzahürüdür.
Dostları ilə paylaş: