Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   18   19   20   21   22   23   24   25   ...   39
304 felsefe m N9dialektika eyani

varislik əlaqəsi 
yaranır, 
yeni köhnə zəmin üzərində yüksəlir, inkişaf edir. Bu qanunauyğun prosesi mədəniyyətin 
inkişafı tarixi tam aydınlığı ilə əks etdirir. Əgər varislik, köhnədən istifadə ənənələri 
olmasaydı, onda bəşəriyyətin yaratdığı mədəniyyət nümunələri - yazı, musiqi, 
heykəltəraşlıq nümunələri, elm, bədii ədəbiyyat və s. bır kənara atılmalı, rədd edilməli 
idi; hər gələn yeni nəsil üçün yeni mədəniyyət yaratmalı idi. Bu isə ən böyük çətinlik və 
həlledilməz problemlər törədə bilərdi.
Beləliklə, 
inkarın dialektik anlayışına görə: a) inkarı-inkar obyektivdir, "özüinkar" 
səciyyəsi daşıyır, konkretdir, kənardan gətirilə bilməz; b) inkişaf heç də köhnənin məhv 
edilməsi, atılması yolu ilə deyil, köhnə əsasında, köhnə zəmin üzərində meydana çıxır, 


22 
onu tam yox etmək mənasında inkar etmir; c) inkişafa inkarı-inkar kimi baxılır, yəni öz 
dövrünü başa vurduqdan sonra bu gün inkar edən yeni özü də inkar olunur, inkarı-inkar 
baş verir; ç) inkarı-inkar inkişafında düz xətt üzrə getmədiyini, onun geriyə qayıtmağa 
meylli olduğunu, ilkin anı yeni əsaslarda təkrar etdiyini, inkişafında "əlaqə momenti" 
olduğunu, inkişafın "spiralabənzər xarakterini" ifadə edir; d) inkarı-inkar, köhnənin 
mütərəqqi cəhətlərinin mənimsənilməsini, köhnə ilə yeni arasında varislik əlaqəsinin 
olduğunu ifadə edir, belə varisliyi inkişaf amili hesab edir; e) inkarı-inkar, nəhayət, 
inkişafın mütərəqqi xarakterini, yeninin qarşısıalınmazlığı, tənəzzül, geriləmələrin 
nisbiliyini, inkişaf və tərəqqinin mütləqliyini və əbədiliyini ifadə və təsdiq edir; ə) bu 
qanun həmçinin onu da göstərir ki, inkişaf prosesində köhnə içərisindən meydana çıxan 
yeni, köhnə ilə varislik yaradarkən, köhnənin nisbi sabitliyi əsasında, ondan mütərəqqi 
cəhətləri alıb mənimsədiyi kimi, onun zərərli meyl və ənənələrini də "mənimsəyib" 
nəsildən-nəslə verir. 
İnkarı-inkar qanununu bəzən 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin