qanun və qanunauyğunluq anlayışlarını nəzərdən keçirmək lazımdır.
Fəlsəfədə hadisələrin qarşılıqlı səbəb əlaqələrinin müxtəlifiyinə baxmayaraq,
onların öyrənilməsi çox müxtəlifdir.
Ən ümumi formada qanun– şeylər, hadisələr və ya proseslər arasındakı müəyyən zəruri münasibətdir ki, bu da onların daxili tə- biətindən, onların mahiyyətindən irəli gəlir. Qanun anlayışı obyektiv aləm
hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın dərk etməsi
pillələrindən biridir. Bu anlayış elm və fəlsəfənin uzun zaman davam edən inkişafı
nəticəsində hasilə gəlmişdir.Hadisələr arasındakı hər cür əlaqə qanun deyildir. Qanun
mahiyyət xarakteri daşıyan daxili əlaqədir. Qanun hadisələrin hərəkətində mahiyyət
cəhətidir. Qanun və mahiyyət anlayışları eyni cür, eyni dərəcəli anlayışlardır. Məsələn,
Mendeleyevin dövri qanunu elementin atom çəkisi ilə (indi deyildiyi kimi yükü ilə)
onun kimyəvi xassələri arasındakı daxili mahiyyət əlaqəsini aşkara çıxarır. Mahiyyət
dedikdə, daxili, sabit əlaqələr nəzərdə tutulur. Mahiyyət daxili bir cəhət olaraq,
gerçəkliyin xarici dəyişən cəhətinə qarşı qoyulur. Biz: hadisə xaricidir, mahiyyət isə
daxilidir– dedikdə bununla xarici və daxili cəhətlər məkan mənasında deyil, şeyin
xarakteristikası üçün əhəmiyyəti cəhətincə bir– birinə qarşı qoyuruq. Sonra, qanun
hadisələr arasında zəruri münasibətdir. Qanunauyğun əlaqələr müəyyən şəraitdə
hökmən, zəruri qüvvə ilə fəaliyyət göstərir. Qalileyin kəşf etdiyi qanun– cisimlərin
düşməsi qanunu ona görə qanundur ki, ayrılıqda hər hansı bir cisim təsadüfi surətdə
deyil, bütün cismlər də həmişə yer səthinə 9,8 m/san2. təcillə düşür. Qanunun tələb
etdiyi bütün şərait varsa, o, fəaliyyət göstərməyə bilməz.
Qanun-predmet və hadisələr arasındakı obyektiv, ümumi, mühüm, zəruri, nisbi sabit və təkrarlanan, müəyyən şərait daxilində həmin hadisənin inkişaf