Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   2   3   4   5   6   7   8   9   ...   39
304 felsefe m N9dialektika eyani

c)
Qnoseoloji funksiya. 
Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun 
idrak haqqında təlim olmasında tapır. Məlumdur ki, bütün elmlər xarici aləmi dərk 
etmək vasitəsidir, lakin heç bir xüsusi elm idrak prosesinin qanunauyğunluqlarını və 
formalarını öyrənməklə məşğul olmur. Bununla yalnız materialist dialektika məşğul 
olur. 
ç)
Dünyagörüşü funksiyası. 
Materialist dialektikanın predmetindən belə nəticə 
çıxır ki, o həm də dünyagörüşü funksiyasını yerinə yetirir. Bu funksiya öz ifadəsini 
insanın təbiətə, cəmiyyətə və özünə münasibəti haqqında dialektik materialist təlimdə 
tapır. 
d) Metodoloji funksiya. 
Bu funksiyanın mahiyyəti bundan ibarətdir ki, materialist 
dialektika nəinki inkişaf nəzəriyyəsi, həm də elmi idrakın və praktiki fəaliyyətin ən 
ümumi metodudur. O, insana təbiətin və sosial gerçəkliyin dərk olunması və 
dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, onu ümumi 
metodoloji prinsiplərlə silahlandırır. Bununla əlaqədar olaraq dialektikanın bütün 
prinsipləri, qanunları və kateqoriyaları metodoloji əhəmiyyət kəsb edirlər. 
d) 
Qabaqgörənlik funksiyası. 
İnkişaf haqqında dərin məzmunlu və hərtərəfli təlim 
olan dialektika keçmişi və indini izah etməklə yanaşı, insana gələcəyi irəlicədən görmək 
imkanı verir. Elmi qabaqgörənliyin nəzəri və metodoloji əsasını təşkil edən materialist 
dialektika adamlara sosial-siyasi hadisələrin inkişaf ehtimalını düzgün qiymətləndirmək, 
inkişaf meylini müəyyənləşdirmək, dərin intuisiya, zəngin təfəkkür və böyük həyat 
təcrübəsi əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir. 
Məhz bu yolla insan inkişafın daxili qanunauyğun əlaqə və münasibətlərini dərk edir
ehtimallı proqnozlaşdırmalar aparır, ümumi hipotezlər yaradır, elmi kəşfləri qabaqcadan 
xəbər verir (məsələn, fizikada proton, neytron, pozitronun və s. mövcudluğunun 
qabaqcadan söylənməsi və s.) 
Nəzəriyyə və praktikada dialektikanın bütün funksiyalarının reallaşmasının əsas 
şərti onların dialektik vəhdətdə tətbiq olunmasıdır. Bunu fəlsəfi kateqoriya kimi 
materiyaya verilən və yuxarıda bəhs etdiyimiz tərifdə aydın görmək olar. Həmin tərifdə 
dialektikanın qeyd etdiyimiz ontoloji, məntiqi, qnoseoloji, dünyagörüşü, metodoloji, 
proqnostik funksiyaları vəhdətdə reallaşmışdır. Materiyaya obyektiv reallıq kimi tərif 
verildikdə onun ontoloji aspekti, materiyanı obyektiv reallığı göstərən fəlsəfi kateqoriya 
kimi müəyyənləşdirdikdə onun məntiqi aspekti, obyektiv reallıq olmaq etibarilə 
materiya insana onun duyğularında verilmişdir, bizim duyğularımızdan asılı olmadan 
mövcud olmaqla onlarda əks olunur dedikdə onun
 
qnoseoloji aspekti qeyd edilmişdir. 
Bunlardan başqa həmin tərif həm
 
də çox böyük dünyagörüşü və metodoloji əhəmiyyətə 



malikdir. Beləliklə, materiyaya verilən məlum tərifdə dialektikanın bütün funksiyaları 
onların vəhdətində realizə olunmuşdur. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin