Siyasi təsirlər: Brexitin ilk siyasi təsiri ölkənin baş naziri David Kameronun istefa
etməsi oldu. Şotlandiyanın baş naziri Nicola Sturgeonun referendum nəticələrinin
açıqlanmasından sonra verdiyi açıqlamaya görə, ölkəsinin Aİ-də qalmaq istəməsinə
baxmayaraq ümumi nəticələrə görə birlikdən kənarda qalmaları qəbuledilməzdir. Bu
səbəbdən 2014-cü ildə keçirilən və o dönəmdə müstəqilliyin qəbul olunmadığı
referendumun yenidən keçirilməsi təsadüfi deyil. Eyni təsirlər Şimali İrlandiyada da
görülür. Şimali İrlandiyanın İrlandiya ilə birləşməsi eşidilən təsirlər sırasındadır. Əsas
təsirlərdən biri Brexitin “domino effekti” yaradacağıdır. Referendum nəticələri
Fransa, Almaniya və Hollandiya kimi ölkələrin sağ siyasi hərəkatlarında müsbət
qarşılanmış və bu istiqamətdə bir referendumun öz ölkələrində də keçirilməsinə
ehtiyac olduğu bildirilmişdir. Xüsusilə Fransada Le Pen liderliyindəki Milli Cəbhə ilə
Hollandiyada Gert Vilders liderliyindəki Azadlıq Partiyası bu cür referendumun
keçirilməsinin əsas dəstəkçiləri sırasındadırlar. [73]
Beləliklə, aydın olur ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması
prosesi istər onun hüquqi tənzimlənməsi baxımdan, istərsə də bu prosesin milli,
regional və qlobal təsirləri baxımdan çətin keçəcəkdir.
2.1.2 Brexit refendumu və nəticələri
Brexit referendumu Böyük Britaniya tarixindəki üçüncü, Avropa İttifaqı
üzvlüyü mövzusunda isə ikinci referendum olmuşdur. Böyük Britaniyanın Aİ
üzvlüyü ölkənin 1973-cü ildə birliyə qoşulduğu dövrdən bəri mübahisə mövzusu
43
olmuşdur. Bu məsələdəki ilk referendum 1975-ci ildə keçirilmişdir. [65] Seçicilərin
67%-i üzvlüyün davam etməsi leyhinə səs verdi. Ancaq o zamandan bu günə kimi
Avropa İttifaqının strukturu böyük ölçüdə dəyişmişdir.
Avropa İttifaqı tarixində böyük hadisə sayılan Brexit referendum 23 iyun 2016-
ci ildə keçirilmişdir. Referendum bülletenində xalqa sual “Birləşmiş Krallıq Avropa
İttifaqından ayrılsın? Bəli və ya Xeyr” şəkilində qoyulmuşdur. Birləşmiş Krallığın
Seçki Komissiyası tərəfidən açıqlanan nəticələrə görə seçicilərin 51,9%-ı Avropa
İttifaqından çıxması leyhinə səs vermişlər. Referendumda iştirak 72,2% oldu.
Birləşmiş Krallığın regionlarında referendum nəticələri fərqli oldu. London,
Şotlandiya və Şimali İrlandiya Avropa İttifaqında qalmağa qərar verdilər. Ancaq
ölkənin digər bütün regionların (Şərqi Midland, Şərq, Şimal Şərq, Şimal Qərb, Cənub
Şərq, Cənub Qərb&Gibraltar, Uels, Qərbi Midland, Yorkshire&Humber) ümumi
nəticələri Brexit leyhinə idi. [24]
Nəticələrin Brexit leyihə çıxması ehtimalı çoxları tərəfindən gözlənilmirdi.
Keçirilən anketlərdə Aİ tərəfdarları ilə birlikdən çıxma tərəfdarları arasında çox az
fərq olduğu bildirilmişdir. Ən məşhur 3 firmanın anket nəticələrində bunu görmək
olar. Birinci olaraq, YouGov şirkətinin 29 mart-4 aprel 2016-cı il apardığı anketə
görə Aİ-də qalma tərəfdarları 39%, çıxma tərəfdarları 38%, qərarsızların sayı isə 18%
idi. İkincisi, İCM şirkətinin 1-3 aprel 2016-cı il tarixlərində apardığı anket
nəticələrinə görə Aİ-də qalma tərəfdarları 44%, çıxma tərəfdarları 43%, qərarsızların
sayı isə 13% idi. Son olaraq, BMG Research şirkətinin 24-29 mart 2016-cı il
tarixlərində apardığı anket nəticələrinə görə Aİ-də qalma tərəfdarları 41%, çıxma
tərəfdarları 45%, qərarsızların sayı isə 14% idi. [85] Hər üç anketdən belə bir nəticə
çıxarmaq olar ki, o dövrdə insanlar arasında qərarsızların sayı çoxdur və
referendumun nəticələri həmin insanların yekun qərarlarından asılı idi. Nəticədə kiçik
fərqlə Brexit tərəfdarları qalib gəldi.
Əsas diqqətçəkən məqam isə səslərin bölgələr üzrə bölünməsindədir. Brexit
leyhinə səs verənlərin böyük qismi cənub bölgələrdəndir. [80] Ölkənin şimalında
yerləşən Şotlandiya və Şimali İrlandiya Aİ-də qalmaq leyhinə, İngiltərə və Uelts isə
44
birlikdən çıxmaq yönündə səs verdilər. Nəticənin açıqlanmasından 1 gün sonra
Şimali İrlandiya Sinn Fein Partiyası bütöv İrlandiya üçün referendum keçirilməsinə
ehtiyac olduğunu açıqladı. Nəticələrə görə Şimali İrlandiya xalqının 55,8%-i,
Şotlandiya xalqının 62%-i Aİ-yə “bəli”, Şimali İrlandiya xalqının 44,2%-i,
Şotlandiya xalqının 38% isə “xeyr” dedi. Şotlandiyada 2014-cü ildə Birləşmiş
Krallığın tərkibindən çıxaraq müstəqil olmaq məqsədilə keçirilən referendumda
səsverənlərin 55,3%-i məhz Aİ-nin tərkibindən çıxmaq istəmədikləri üçün
müstəqillik əleyhinə səs vermişdilər. [50] Şimali İrlandiya Sinn Fein Partiyası
Britaniyanın Aİ-dən çıxması halında bu ölkənin Şimali İrlandiya xalqının maraqlarını
təmsil etmə haqqında məhrum olacağını bildirmişdir. Şotlandiyanın baş naziri
Şotlandiya Milli Partiyasının lideri Nicola Sturgeon da “Şotlandiya Aİ-də qalmaq
yönündə güclü qərar verdi. Xalqımız öz gələcəyini Aİ-də görür” şəkilində açıqlama
etdi.
Digər tərəfdən Brexit-ə dair referendumda maraqlı məqamlar diqqəti cəlb
etmişdir:
- YouGov şirkətinin keçirdiyi anketə görə gənclərin 75%-i Aİ-də qalmaq
tərəfdarıdır. [25]
- Paytaxt London ölkədə digər bölgələrə nisbətən daha çox miqrant qəbul
etməsinə baxmayaraq sakinlərin 60%-i Aİ-də qalmaq lehinə səs vermişlər. [26]
- Əhali arasında tipik avrofillər 18-29 yaşlı qadınlar, universitet məzunları,
yüksək sosial sinfə sahib, Şotlandiya sakinləri, Yaşıl Partiya dəstəkçiləridir.
Avroskeptiklər isə 65 yaşdan böyük kişilər, təhsilsiz və ya aşağı təhsilli
insanlar, fiziki işçi qüvvəsi, Şərqi Anglia sakinləri, Birləşmiş Krallıq
Müstəqillik Partiyası dəstəkçilərindən ibarətdir. [27]
Ümumilikdə, Brexit referendumu gözlənilən nəticələri verməmişdir. Həmçinin,
bu referendum Böyük Britaniyada keçiriləcək növbəti referendumların xəbərçisidir.
|