Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


İnvestisiya risklərinin sığortalanması



Yüklə 0,52 Mb.
səhifə28/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   22   23   24   25   26   27   28   29   30
aysel-2

İnvestisiya risklərinin sığortalanması eyni vaxtda sı­ğor­tanın üç sahəsinə daxildir: şəxsi sığorta, əmlak sığortası və mə­su­liyyət sığortası.

İnvestisiya risklərinin sığortalanması obyektlərini həya­tının və sağlamlığının qorunub saxlanılması, əmlakın sahibliyi və sərəncam verilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərin maraqları, sahibkarlıq investisiya fəaliyyətinin həyata keçi­ril­mə­si prosesində üçüncü şəxs qarşısında məsuliyyət, əmlak maraq­ları təşkil edirlər.Sığortanın predmeti isə müxtəlif təzahürlərdə investisiya fəaliyyətidir.

İnvestisiya layihələrinin sığortalanmasının əsas prob­lemləri aşağıdakılardır:

  • düzgün təşkili kifayət qədər mürəkkəb olan layihələrin reallaşması və maliyyələşdirilməsi risklərinin sığortalanması. Sığorta fəaliyyəti lisenziyalaşdırılır. Lisenziya almaqdan ötrü sənədlərin hazırlanması, xüsusilə investisiya layihələrinin real­laş­dırılması və maliyyələşdirilməsilə əlaqədar sığorta bazarının yeni seqmentini mənimsəyərkən sığorta şirkətləri üçün çətindir;

  • layihələrin reallaşdırılmasının real mövcud praktikasını obyektiv qiymətləndirilməsilə əlaqədar çətinlik;

  • investisiya layihələrinin reallaşdırılması və maliy­yə­ləş­dirilməsi risklərinin sığortalanması.

Sığorta biznesində aktuarlı kalkulyasiyanın rolu çox va­cibdir. Bir tərəfdən o, sığortaçıya göstərdiyi xidmətin maya də­yərini müəyyənləşdirməyə imkan verir, digər tərəfdən isə onun köməyilə sığorta şirkətinin fəaliyyətində iqtisadi, maliyyə və təşkilati müvəffəqiyyətlərin, yaxud nöqsanların səbəblərinin hər­tərəfli təhlili və aşkara çıxarılması üçün şərait yaradılır. Aktuarlı kalkulyasiya müqavilə üzrə sığorta haqlarının həcmini müəy­yən­ləşdirməyə imkan verir. Həmin haqların miqdarı sığorta edən tərəfindən qəbul olunan riskin ölçülməsini nəzərdə tutur.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin