Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin sığortalanması



Yüklə 0,52 Mb.
səhifə25/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   22   23   24   25   26   27   28   29   30
aysel-2

3.2. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin sığortalanması

Sığorta bazarı – xüsusi sosial iqtisadi münasibət, pul dövriyyəsi sferasıdır ki, burada alqı-satqı obyekti rolunu sığorta müdafiəsi həyata keçirilir. Bu bazarın inkişafının və həyata keçirilməsinin obyektiv əsası öncədən gözlənilməyən şərait yarandığı hallarda zərər çəkənlərə pulla yardım edilməsi zəruriliyidir. Müasir sığorta təsnifatına görə sığorta burada həyat sığortasına və qeyri-həyat sığortasına bölünür. Sığortanın aparılması formaları dedikdə isə onun könüllü və icbari formada aparılması anlaşılır. Azərbaycanda sığortanın daha öncə sadalanan formaları və növləri fəaliyyət göstərir ki, bu dövlət və sığorta şirkətləri tərəfindən həyata keçirilir. Biznes risklərinin sığortalanmasının effektiv alətlərindən biri müqavilə öhdəliklərinin icra olunması ilə bağlı ma­liyyə risklərinin sığortalanmasıdır, harda ki, sığorta şirkəti kontragentlər tərəfindən müqavilə öhdəliklərinin icra edilməsi üzündən alınmış zərərin müəssisəyə ödənilməsini öz üzə­rinə alırr. Bu yüklənməmiş malın (işin, xidmətin) ödənil­mə­məsi, malın göndərilməməsi, işin yerinə yetirilməməsi və başqa ola bilər.

Təsərrüfat subyektləri və onların icra etdiyi sazişlər, xidmətlər haqqında şəffaf və faydalı informasiyanın təqdim edilməsi bazar iqtisadiyyatının zəruri şərti hesab edilir. Sığorta xidməti sahəsində sığorta təşkilatlarının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin mövcudluğunu və sığortalılar qarşısında öhdəliklərin yerinə yetirilməsinə təminatın qanunvericiliyə uyğunluğu sığorta təşkilatlarının tərtib və təqdim etdikləri mühasibat hesabatları üzrə göstəricilərlə müəyyən olunur. [19, s.175]

Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin mü­qaviləsi üzrə sığortaçılar qismində təşkilati-hüquqi for­ma­sından asılı olmayaraq hüquqi şəxslər, eyni zamanda müqavilə öh­dəliklərinin icra olunmaması hadisəsində sığorta edənlə sığorta müqaviləsi bağlayan fiziki şəxslər tanınırlar.

Sığorta edən sövdələşmə üzrə sığortaçı və onun kon­tr­agenti arasında müqavilə öhdəliklərini təsdiq edən sənəd ol­ma­dığı zaman sığorta sözləşməsini bağlamaqdan imtina edə bilər.Sığorta məbləği sığorta müqaviləsilə müəyyən olunan pul məbləğidir ki, bunun əsasında sığorta haqqı və sığorta ödənişinin həcmi təyin olunur. Sığorta məbləği sığortaçı və sığorta edən arasında razılaşmaya görə müəyyən edilir və sığorta dəyərindən, həmçinin, kontragentlər tərəfindən müqavilə öhdəliklərinin icra olunmaması nəticəsində gəlir itkisinin mümkün həcmindən çox ola bilməz. Sığorta haqqının miqdarı sığorta məbləğindən, tarif stav­kası faiz həcmindən asılı olaraq müəyyən edilir və ona kontr­aktların tipindən və fərdi riskdən asılı olaraq müvafiq düzəlişlər edilə bilər. Sığortaçı sığorta edənə bütün sənədləri və dəlilləri ver­məyə, eləcə də sığorta edən tərəfindən həyata keçirilməsi üçün zəruri olan bütün məlumatları bildirməyə borcludur.

Bundan baş­qa, müəssisə öz sığorta şirkətinə istənilən hadisə haqqında mə­lumat çatdırmağa borcludur, bu sığorta riskinin də­rə­cəsini artıra bilər. Əgər riskin dərəcəsi xeyli artarsa, onda sığorta şirkəti sığorta müqaviləsinin fəaliyyətini dayandırmağa tam hüququ var. Eyni zamanda sığorta şirkəti ona təqdim edilən in­formasiyanın nə qədər dəqiq olmasını yoxlaya bilər.

Dünyanın əksər ölkələri üçün intellektual mülkiyyət sfe­rası iqtisadi inkişafın əsas potensialı hesab edilir. Dünyada iq­tisadi artımın ¾ hissəsi elmi-texniki tərəqqi hesabına təmin edilir. İntellektual mülkiyyət obyektlərilə beynəlxalq ticarətin həcmi hər il artır. Dövlət və təsərrüfat subyektləri onlara məxsus intellektual mülkiyyətin qeyri-qanuni istifadəsindən böyük zə­rərə məruz qalırlar. Bununla əlaqədar həmin ziyanın kompen­sa­siyasına tələbat artır. Bu şəraitdə dövlətin güc tədbirləri ikinci plana keçir, keyfiyyətcə yeni metoda zərurət yaranır.

Belə situasiyada mümkün itkilərdən intellektual mül­kiyyət sahiblərinin müdafiə forması kimi sığorta haqqında mə­sələ aktuallıq kəsb edir. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkə­lərin əksəriyyətində, o cümlədən ABŞ-da, Böyük Brita­ni­yada, Fran­sada sığorta şirkətləri intellektual mülkiyyətin sığorta ba­zarında uzun müddət uğurla işləyirlər. Məsələn, Fransada bu növ sığorta 1980-ci ildə qurulmuşdır.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin