Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniki kolleci



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix29.12.2021
ölçüsü0,55 Mb.
#49005
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
mühazirə-sosiologiya-elektron-versiya

Sosial  təşkilatlar 

məqsədyönlü  sosial  sistemlərdir.  “Təşkilat”  termini 

mənşəcə  “orqanizasion”  sözündən  olub,  qaydaya  salmaq  mənasını  ifadə  edir.  I 

təşkilat  dedikdə  müəyyən  insanlar  qrupunun  yeni  normalar  və  qaydalar  işləyib 

hazırlamağa,  dayanıqlı  əlaqələr  yaratmağa  yönəlmiş,  qarşılıqlı  əlaqələrini  ifadə 

edən fəaliyyət forması başa düşülür. II təşkilat hər hansı bir obyektin atributu kimi, 

onun nizamlanma strukturuna malik olmaq cəhdi kimi başa düşülür. III sözügedən 

anlayış  bəzən  müəyyən  ictimai  funksiyanı  yerinə  yetirən  institut  xarakterli  sosial 

qrupu  ifadə  edir.  Sosial  təşkilatların  tədqiqatçılarıdan  olan  S.Sfrolov  onları 

məqsədlərin  əldə  edilmsinə  yönələn  rasional  sistem  kimi  xarakteri  edir.  Onun 

fikrincə təşkilatların müəyyənləşdirilməsində aşağıdakı istiqamətlər mövcuddur: 1) 

istiqamət  K.Beənardın  nəzəriyyəsi  ilə  bağlıdır.  Həmin  nəzəriyyəyə  görə,  təşkilat 

insanların kooperasiyasının elə növüdür ki, o, digər sosial qruplardan şüurluluğu və 

məqsədyönlü  olması  baxımından  fərqlənir.  2  istiqaməti  D.Març  və  Q.Saymonun 

nəzər-nöqtələri  daha  yaxşı  səciyyələndirir.  Onların  fikrincə,  təşkilat  qarşılıqlı 

fəaliyyətdə  olan  insanların  birliyidir.  Elə  birlik  ki,  o,  cəmiyyətdə  daha  geniş 

yayılmışdır  və  mərkəzləşdirilmiş  koordinasiya  sisteminə  malikdir.  P.Blan  və 

Y.Skott  təşkilatların  müəyyənləşdirilməsinin  III  istiqamətini  təqdim  edirlər. 

Onların fikrincə, təşkilatlar əsas məqsədlərin əldə olunması naminə formalaşdırılır. 

A.Etsioninin  mövqeyi  IV  istiqaməti  ifadə  edir.  O  göstərir  ki,  təşkilat  spesifik 

məqsədləri həyata keçirmək naminə təşkil olunan sosial birliklərdir. Burada başlıca 

diqqət təşkilatın, onun üzvlərinin şüurlu fəaliyyətinə yönəldilir.  





Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin