SOSİOLOGİYANIN PREDMETİ.
NƏZƏRİ VƏ TƏTBİQİ SOSİOLOGİYA.
Sosiologiya termini iki sözün birləşməsindən ibarətdir: latın sözü “sosietas”
(cəmiyyət) və yunan sözü “logos” (söz, təlim). Hərfi mənada sosiologiya cəmiyyət
haqqında elm deməkdir. Aydın məsələdir ki, bəşəriyyət öz tarixi ərzində həmişə
cəmiyyəti dərk etməyə, ona öz münasibətini bildirməyə səy göstərmişdir.
Sosiologiyanın müəyyən ilkin şərtlərin mövcud olduğu XIX əsrdə meydana gəldiyi
vaxtdan onun predmeti eynimənalı başa düşülməmişdir. Məs: O, Kont belə hesab
edirdi ki, sosiologiya insan zəkasının və psixologiyasının ictimai həyatın təsiri ilə
necə təkmilləşdiyini öyrənən yeganə elmdir. Sosiologiya cəmiyyət haqqında
elmdir, başqa sözlə, sosioloji idrakın obyektini cəmiyyət təşkil edir. Lakin belə
izah sosiologiyanın predmetini tm aydınlaşdırmır. Çünki cəmiyyət ən müxtəlif
elmlər tərəfindən öyrənilir. Ona görə də digər elmlərdə olduğu kimi, sosiologiyada
da onun obyektini və predmetini fərqləndirmək lazımdır.
Sosiologiya
tarixən
müəyyən sosial sistemlərin fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqları,
habelə həmin qanunauyğunluqların şəxsiyyətlərin, sosial qrupların, birliklərin,
siniflərin, xalqların fəaliyyətində təzahür formaları və mexanizmləri haqqında
elmdir.
Sosiologiya bir elm kimi müxtəlif xarakterli vəzifələri yerinə yetirir. Bu
vəziyyətlərin xarakteri nəzəri və tətbiqi sosiologiyanı fərqləndirməyə əsas verir.