strukturunda tutduğu yeri dəyişməsidir. Qeyd etmək lazımdır ki, “sosial mobillik”
termini sosiologiyaya 1927-ci ildə P.Sosokin tərəfindən daxil edilmişdir. O, sosial
mobillik dedikdə yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini
deyil, bütövlükdə sosial vəziyyətin əsaslı surətdə dəyişməsini nəzərdə tuturdu. Ona
üfüqi – eyni sosial səviyyədə yerləşmə.
mobillik dedikdə fərdin və ya sosial qrupun bir sosial vəziyyətdən onunla
eyni səviyyədə olan digərinə keçidi başa düşülür. Məs: fərdin yaşayış yerinin
dəyişməsi, bir dini qrupdan başqasına keçməsi və s.
şaquli
mobillik dedikdə isə
fərdin və ya sosial qrupun aid olduğu təbəqədən fərqli təbəqəyə keçidi başa
düşülür. Məs: xidməti vəzifəsinin artırılması və s. məlumdur ki, sosial mobillik –
yəni yüksək statuslu təbəqəyə doğru irəliləmək, həm fərdin öz şəxsi
keyfiyyətlərdən, həm də yaşadığı cəmiyyətin strukturundan asılıdır. Lakin hər bir
insan bilməlidir ki, fərdlərin və qrupların aşağı statusu kateqoriyadan yüksəyə
keçməsi və idarə edən elitanın formalaşmasında iştirak etməsi, cəmiyyətin
dinamikliyi və stabilliyi baxımından dövlətin marağında olan ən mühüm
məsələlərdəndir.
Dostları ilə paylaş: