Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniki kolleci



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix29.12.2021
ölçüsü0,55 Mb.
#49005
1   2   3   4   5   6   7   8   9   10   ...   19
mühazirə-sosiologiya-elektron-versiya

əzəli statuslar 

öz istək və arzusundan asılı olmayaraq alınan statusdur. 

 

Bundan  fərqli  olaraq  öz  arzusu  və  istəyi  ilə  alınmış  bütün  statuslar  isə 



qazanılmış  statuslar 

adlanır.  Məs:  prezident,  banker,  professor,  tələbə  və  s. 

qazanılan statuslardır.  

 

SOSIAL STRUKTUR ANLAYIŞI. 

Müasir  şəraitdə  sosial  strukturun  sosioloji  baxımdan  öyrənilməsi  xüsusi 

aktuallıq  kəsb  edir.  Sosial  struktur  hər  şeydən  əvvəl,  ictimai  münasibətlərin 

inkişafının,  onun  yetkinlik  dərəcəsinin  ən  mühüm  göstəricisidir.  O,  bir  tərəfdən 

cəmiyyətin  iqtisadi,  siyasi  və  mənəvi  inkişafının  yekunu  kimi  çıxış  edir.  Digər 

tərəfdən  isə  həmin  proseslərin  inkişafına  fəal  təsir  göstərir.  “Sosial  struktur” 

anlayışı  məhdud  və  geniş  mənada  işlənir.  Birinci  halda  sosial  struktur  dedikdə 




konkret  sistem,  onun  struktur  elementləri  (siniflər,  sosial  qruplar  və  təbəqələr) 

arasındakı  münasibətlər  başa  düşülür.  Geniş  mənada  götürülən  sosial  struktur 

sosial-sinif, sosial-ərazi, sosial-etnik, sosial-peşə  strukturlarının  məcmusunu  əhatə 

edir.  Hansı  səpkidə  yanaşılmasından  asılı  olmayaraq  sosial  strukturun  başlıca 

elementləri  müəyyən  mövqeyə  malik  olan  və  sosial  funksiya  yerinə  yetirən 

fərdlərdir,  lakin  onlar  öz  status  əlamətlərinə  görə  qruplar,  ərazi,  etnik  və  digər 

birliklər halında çıxış edirlər.  


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin