Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniki kolleci



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix29.12.2021
ölçüsü0,55 Mb.
#49005
1   2   3   4   5   6   7   8   9   ...   19
mühazirə-sosiologiya-elektron-versiya

Mühəndis–sosioloq

.    Çox  zaman  kiçik  miqyaslı  sorğular,  çöl 

eksperimentləri  aparır, planlaşdırma  ilə,  dizaynla  məşğul  olur. 



Klinik  sosiologiya 

sahəsində  çalışan  mütəxəssis  isə  diaqnoz  qoymalı,  “terapevtik”  tədbirlər 

hazırlanmalı  və  bunları  reallaşdırmaq  üçün  məsləhətlər  verməlidir.  Bir  qayda 

olaraq  hər  iki  qəbildən  olan  mütəxəssislər  sıx  əlaqə  saxlayır,  öz  səylərini 

birləşdirməyə çalışırlar.  

 

ŞƏXSİYYƏTİN    SOSİOLOGİYASI  ANLAYIŞI.  ŞƏXSİYYƏTİN 



SOSİALLAŞMASI VƏ ONUN SOSİAL DAVRANIŞI. 

Sosialogiyada  mühüm  yer  tutan  xüsusi  səviyyəli  nəzəriyyələrdən  biri  də 

şəxsiyyət  sosiologiyasıdır.  Məlumdur  ki,  şəxsiyyət  çoxtərəfli  sistem  olmaq 

etibarilə  müxtəlif  elmlər  (fəlsəfə,  psixologiya,  tarix  və  s.)  tərəfindən  öyrənilir. 

Sosiologiya və şəxsiyyəti cəmiyyətin məhsulu kimi, sosial münasibətlərlə qarşılıqlı 

təsirdə  araşdırır.  Şəxsiyyəti  öyrənərkən  ondakı  bioloji  və  sosial  keyfiyyətləri  bir-

birinə  qarşı  qoyulmamalı,  sıx  qarşılıqlı  əlaqədə  təhlil  olunmalıdır.  Nəzərdə 

tutlmalıdır ki, insanın sosial həyatı onun bioloji varlığı üzərində formalaşır. Lakin 

sosial tərəf, bioloji tərəfi təkrar etmir, o insanın prinsipcə yeni keyfiyyətlərini ifadə 

edir. Sosiologiya ayrıca götürülmüş şəxsiyyətin təhlilindən daha çox yeni şəraitdə 

fəaliyyət  göstərən  və  oxşar  sosial  keyfiyyətlərə  malik  olan  insan  birliklərinin 

öyrənilməsinə  diqqət  yetirir.  Bu  təlimdə  fəaliyyət  dedikdə  subyektin  obyektə 

məqsədyönlü dəyişdirici təsiri nəzərdə tutulur.  

Cəmiyyət  ilə  şəxsiyyət  arasında  münasibətlərdə  sosial  birlik  formaları 

əlaqələndirici vəsilə kimi çıxış edir. Məhz onların tərkibinə daxil olmaq vasitəsilə 

bu  və  ya  digər  insan  sosial  həyata,  ümumilikdə  sosial  münasibətlər  sisteminə 

qovuşur. Hər bir fərd müəyyən sosial birlik formasına daxil olarkən onun ümumi 

mədəniyyətini, sosial normalarını və sərvətlərini qəbul edir. Bütövlükdə ayrıca bir 

fərdin sosial birliyə və onun vasitəsilə cəmiyyətə qovuşması prosesi sosiologiyada 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin