1) Dünyagörüşü funksiyası
. Din gerçəkliyi spesifik şəkildə əks etdirir,
fövqəltəbii qüvvələrin və varlıqların real surətdə mövcudluğunu etiraz edir
. 2)
Tənzimedici funksiya. 3) Kommunikativ funksiya. 4) İnteqrasiyaedici
mühafizəedici funksiya. 5) Kompensasiyaedici funksiya.
MÜASİR DÖVRÜN QLOBAL PROBLEMLƏRİ VƏ SOSİAL
PROQNOZLAŞDIRMA.
Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət
kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal
problemlər adlanır.
“Qlobal problemlər” müəyyənləşdirilərkən aşağıdakı 4 cəhət əsas
tutulmalıdır.
a)
o hadisələr “qlobal” xarakter daşıyır ki, onlar çox aktual
ziddiyyətlərdir, ictimai tərəqqiyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi
yaradılır.
b)
Onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə
toxunurlar;
c)
Onlar özlərində ictimai və təbii, biososial mahiyyət daşıyırlar.
d)
Onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq əməkdaşlıq edir.
Müasir sosial qlobal problemlərin müəyyən qismi təbiət – cəmiyyət, təbiət – insan
qarşılıqlı münasibətlərindəki tarazlıq qanunauyğunluqların pozulması nəticəsində
baş vermişdir. Bunları müasir sosial və elmi –texniki tərəqqi şəraitdə meydana
çıxmış, “ekoloji böhran” adlandırmaq olar: təbiət, su, torpaq getdikcə daha böyük
sürətlə çirklənir, insan öz mövcudluğunu təhlükə altına alır.
F. Engels “Təbiətin dialektikası” əsərində dəfələrlə qeyd edirdi ki, insanın
böyüklüyü ondadır ki, o təbiət qanunauyğunluqları öyrənir, təbiəti öz məqsədlərinə
tabe olmağa məcbur edir.
Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanı məzmun və məqəsdinə görə
4 əsas növə bölmək olar:
1)
axtarıcı.
2)
normativləşdirici.
3)
analitik.
4)
xəbərdaredici proqnozlar.