Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniki kolleci



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix29.12.2021
ölçüsü0,55 Mb.
#49005
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
mühazirə-sosiologiya-elektron-versiya

NİGAH VƏ AİLƏNİN SOSİALOGİYASI

Cəmiyyətin  mühüm    institutlarından  biri  də  fəaliyyəti  hüquq  və  əxlaqi 

normalarla  tənzim  edilən  ailədir.  Say,  həcm,  tərkib  və  ailə  üzvlərinin  qarşılıqlı 

əlaqəsi  kimi  səciyyələnən  ailə  məfhumu  sosioloqlar  tərəfindən  cəmiyyətin  sosial  

milli etnik məqrasiya, əhalinin həyat tərzi və həyat səviyyəsi təkrar istehsal əmək 

ehtiyatları və s. təhlilində geniş istifadə olunur. Ailəni  sosialogiya elmi ilə hüquq, 

etnoqrafiya,  psixologiya,  pedaqogika    və  s.  elmlər    də  öyrənir.  Məsələn: 

etnoqrafiya  elmi  ailəni  ailə  -  nigah  münasibətində  xalqların  ailə  daxili  sferasını 

öyrənir.  Bunadan fərqli olaraq psixologiya ailə üzvlərinin hisslərini, xasiyyətini və 

davranışını,  o  cümlədən,  ailədə  bu  xüsusiyyətlərin  meydana  çıxmasını,  sosial  və 

təbii mənbələrini, hüquqşünaslıq elmi ailənin və nigahın qanunauyğunluqlarını və 

onun  sosial  həyata  münasibətini  tənzimləyən  ictimai  hüquqi  normalarla 

uyğunluğunu öyrənir.  

Pedaqogika  elmi  isə  ailənin  uşaqlara  təsirini,  ailənin  tərbiyə  vəsaitini  və 

qanunauyğunluğunu,  valideyinlərin    hər  birinin  uşaqlara  təsirini,  yanaşma 

münasibətini, ailə qarasındakı münasibətləri öyrənir. Digər  elmlərdən fərqli olaraq 

sosialogiya  ailəni  nigaha  əsaslanan  müəyyən  sosial  funksiyaları  yerinə  yetirən 

sosial  institut  kimi  təhlil  edir.  Ailə  ictimai  zəruri  hadisə  olub,  spesifik  inkişaf 

qanunauyğunluqlarına malikdir. Müxtəlif ədəbiyyatlarda ailəyə müxtəlif cür təriff 

verilmişdir.  



Ailə

  nikah  və  qan  qohumluğuna  əsaslanan,  birgə  yaşayış  və  qarşılıqlı 

məsuliyyətlə  bir-birinə  bağlı  olan  insanların birliyidir. Ailə  münasibətlərinin  ilkin 

əsasını nikah təşkil edir. 



Nikah

 qadınla kimi arasında rəsmi qaydada təsbit olunan 

müqavilədir.  O,  tarixən  dəyişkən  xarakter  daşıyır.  Nikah  vasitəsilə  cəmiyyət 

qadınla  kişinin  cinsi  həyatını  tənzimləyir.,  onların  ər-arvad  kimi  hüquq  və 

vəzifələrini qanunla müəyyən edir. Buna görə də nikah ailənin hüquqi əsası hesab 

edilir. Lakin qeyd olunmalıdır ki, ailə nikaha nisbətən daha mürəkkəb münasibətlər 

sistemidir. Çünki o, yalnız ər-arvadı yox, həm də onların uşaqlarını, eləcə də digər 

qohumlarını birləşdirir. 




 Ailənin  formalaşması  bir  sıra  mərhələlərdən  keçir.  Onların  içərisində  ən 

mühümləri  aşağıdakılardır: 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin