Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniki kolleci



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix29.12.2021
ölçüsü0,55 Mb.
#49005
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
mühazirə-sosiologiya-elektron-versiya

 

 

 

 

 

 

 

 

Siniflər  sosial  strukturun  mühüm  elementlərindən  biridir.  Müxtəlif 

tədqiqatçılar  sinifləri  təhlil  edərkən  onları  böyük  insan  qrupu  hesab  edir

.  Sinif 

ümumi  şəraitə  və  istehsal  prosesindəki  roluna  görə  birləşən,  bunun  nəticəsi  kimi 

bölgü  münasibətləri  yaradan  böyük  sosial  qruplardır. 

Sosial  qruplar 

ictimai 


istehsalda  müəyyən  yer  tutan  və  obyektiv  surətdə  mövcud  olan  dayanıqlı  insan 

kateqoriyalıdır. Sosial strukturda ziyalılar xüsusi yeri tutur

Ziyalılar  

ali və ya orta 

ixtisas  təhsili  tələb  edən  və  ixtisaslı  zehni  əmək  fəaliyyəti  ilə  peşəkar  surətdə 

məşğul  olan  insanların  birliyidir. 



Sosial  təbəqələr 

müəyyən  sinfin, sosial  qrupun 

hissələridir.  Onların  ayrılması  və  sosial  siması  mövcud  istehsal  üsulunun 

yetkinliyindən  asılıdır.  Məs:  ziyalıların  tərkibində  təhsilin  səviyyəsinə  görə  (orta 

ixtisas, ali, elmi dərəcəsi və adi olanlar) təbəqələri ayırmaq olar.  



Sosial  strukturun  mühüm  bir  səpkisini  sosial-demoqrafik  göstəricilər  üzrə 

bölünməsi  təşkil  edir.  Bunlara  qadınlar,  kişilər,  gənclər,  pensiyaçılar,  məktəblilər 

və  s.  daxildir.  Sosial  demoqrafik  qrupların  ayrılması  üçün  meyarlar  cins  və  yaş 

fərqləridir.  Cəmiyyətin  strukturunda  insanların  sosial-etnik  birlikləri  xüsusi  yer 

tutur.  Onların  təkibinə  qəbilə,  tayfa,  xalq,  millət  daxildir.  Cəmiyyətin  sosial 

strukturunun mühüm elementindən biri ailədir. Əhalinin siyahıya alınmasında çox 

vaxt  ailə  qan  qohumluğu  və  ya  nikahla  bağlı  olan,  ümumi  büdcəyə  malik  birgə 

yaşayan şəxslər qrupu kimi anlaşılır. 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin