281. Səsvermənin ikinci dövrəsində aşağıdakılardan hansı Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır? A) Sadə səs çoxluğu toplayan namizəd
B) Səs çoxluğu toplayan namizəd
C) Səslərin yarısından çoxunu toplayan namizəd
D) Səslərin mütləq əksəriyyətini toplayan namizəd
282. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə bu zaman... A) Səsvermə növbəti prezident seçkilərinədək təxirə salınır
B) Prezidentin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır
C) Prezidentin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək artırılır
D) Prezidentinin səlahiyyət müddəti növbəti prezident seçkilərinədək təxirə salınır
283. Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılması haqqında qərar hansı qaydada qəbul edilir? A) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən qəbul edilir
B) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən seçkilərin (referendumun) keçirilməsini
təmin edən dövlət orqanı tərəfindən qəbul edilir
C) Seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir
D) Seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
284. “Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları” maddəsinin tətbiqi qaydası hansı normativ aktla müəyyən edilir? A) Qərarla
B) Konstitusiya ilə
C) Konstitusiya qanunu ilə
D) Qanunla
285. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumat hansı müddət ərzində rəsmən elan edilir? A) Səsvermə günündən sonra 3 gün ərzində
B) Səsvermə günündən sonra 7 gün ərzində
C) Səsvermə günündən sonra 14 gün ərzində
D) Səsvermə günündən sonra 5 gün ərzində