12.6. Ödənişli əsas məzumiyyətin və əlavə məzuniyyətin verilməsi proseduru və onların ödənişi Azərbaycan Respublikasının hazırkı qanunverici aktlarına və İşəgötürənin daxili məzuniyyət qaydalarına uyğun olaraq müəyyən ediləcəkdir.
13.ƏMƏK HAQQI
Əmək haqqı və ödəniş üsulu Əmək müqaviləsində müəyyənləşdirilir.
İşçinin Əmək haqqından hər hansı vəsait İşçi ilə İşə götürən arasında bağlanmış əmək müqaviləsinə və AR-in qanunvericiliyinə əsasən tutula bilər.
14.İŞGÜZAR SƏFƏRLƏR
İşgüzar səfərlərin rəsmiləşdirilməsi və onlarla bağlı xərclərin ödənilməsi İşgüzar səfər qaydalarına uyğun olaraq müəyyənləşdirilir.
15.ƏLAVƏ KOMPENSASİYALAR VƏ GÜZƏŞTLƏR
15.1. İşə götürənin rəhbərliyinin hər il verdiyi qərarı əsasında İşçiyə əlavə kompensasiyalar və güzəştlər verilə bilər.