16.1. Əmək intizamı – İşçilərin öz vəzifələrini yerinə yetirməsi, öhdəlik və hüquqlarını bölüşdürülməsi, hüquqlardan istifadə və nizam-intizam münasibətlərinə nəzarət öhdəliklərinin və tədbirlərinin təşkili ilə bağlı saxladığı münasibətlərdir. 16.2. Əmək məcəlləsinin 29-cu Fəslində müəyyən olunan prosedurlara əsasən, nizam-intizamla bağlı səhv üçün yəni İşçi tərəfindən onun öz günahı üzündən öhdəliyinə düşən vəzifələrin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsinə görə İşə götürən İşçiyə qarşı intizam tənbehini tətbiq etmək hüququna malikdir.
17.İŞÇİLƏRİN MÜKAFATLANDIRILMASI 17.1. İşçilər İşə götürənin rəhbərliyinin qərarına əsasən İşə götürən tərəfindən pul formasında mükafatlandırıla bilərlər. Bu cür mükafatlar qanunvericiliyə uyğun olaraq ödəmə mənbəyindən tutulan vergiyə cəlb olunurlar.