Problemyönlü sistemlərdə həll olunan məsələnin alqoritmini qurmağa ehtiyac
olmur. Bu sistemlər dar çərçivədə eyni tipli məsələlərin həllinə yönəldilir. Problemyönlü
dillərə misal olaraq mühəndis məsələlərinin həlli üçün yaradılan xüsusi dilləri (ART,
ADART, SYMAP, CAP, APROKS), ekspert sistemlərinin yaradılması üçün PROLOG
dilini göstərmək olar. PROLOG dilində məntiqi çıxarış mexanizminin qurulması və idarə
olunması verilənlərə əsaslanır. Bu sistemlərə həmçinin hesabatlar generatorları (məsələn
RPQ), çeşidləmələr generatorları, cədvəl generatorlar (məsələn EXCEL) aiddir.
Köməkçi sistemlərverilənlərin emalı zamanı bir sıra köməkçi funksiyaları yerinə
yetirmək üçün əvvəlcədən hazırlanmış proqramlar toplusundan ibarət olur. Köməkçi
sistemlərin komponentləri, məsələn, sazlayıcı proqramlar, proqramlaşdırma sistemləri ilə
birlikdə istifadə olunur. Sazlayıcı proqram işçi proqramı yoxlayıb, səhvləri aşkar edir.
Translaytor.Kompüter yalnız maşın dilini başa düşdüyü üçün proqramlaşdırma
dilində yazılan proqram icra prosesindən qabaq mütləq maşın koduna çevrilməlidir. Bu
məqsəd ilə proqramlaşdırma sisteminə daxil olan translyator adlanan proqramlar
kompleksindən istifadə olunur. Translyatorun işi 3 üsulla təşkil olunur: interpretator,
kompilyator, assembler.
Interpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə əməli
yaddaşa yükləyir. Nəticədə proqramın işləmə vaxtı uzanır. Bu isə fərdi kompüterdən
istifadə edən istifadəçi üçün əlverişli deyil.
Kompilyator isə bütün proqramı maşın koduna çevirərək mövcud səhvlər haqqında
məlumatları vaxtında istifadəçiyə çatdırır. Burada operatorların təhlil edilməsi və maşın
koduna çevrilməsi bir dəfəlik aparılır. Odur ki,kompüterin işləmə sürəti artır, proqramın
icra olunması kompilyasiya prosesdən asılı olmur.
Assembler - Assembler dilindəki proqramı kompüter dilinə çevirən proqramdır.
Assembler işçi proqramı bir gedişlə və ya çox gedişlə maşın dilinə çevirə bilər.