1. Hüseynov Ə. Ədəbiyyat yanğısı, Bakı, Yazıçı, 1979.
2. Hüseynov Ə. Tənqid və ədəbi proses. Bakı, Nurlan, 2009.
3. Hüseyn M. Ədəbiyyat və həyat. Bakı, Yazıçı, 1989.
4. Əliyev M. Sənətkar ömrü və sənət ömrü. Azərbaycan, 1979, № 4.
5 Hüseynov A. Nəsr və zaman, Bakı, Yazıçı, 1980.
6. Hüseynoğlu T. Söz tarixin yuvası. Bakı, 2000.
7. Xəlilov Q. Azərbaycan romanının inkişaf tarixindən, Bakı, Elm, 1973.
8. Cəfərov N. Klassiklərdən müasirlərə. Bakı, Çaşıoğlu, 2004,
9. Axundov Y. Tarix vg roman, Bakı, Yazıçı, 1988.
10. Salamoğlu T. Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar. Bakı, “EL”
Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2009.
11. Əlişanoğlu T. Azərbaycan «yeni nəsr»i, Bakı, Elm, 1999
Тарана Рагимли
Консепция художественный герой романа Исмаил Шыхли «Бцйная Кура»
в литературной критике
Резюме
В исследовании повествуется о художественном героем романа Исмаил
Шыхли «Буйная Кура» в литературной критике, проблем рассмотрен по мате-
риалам Азербкайджанской литературной критики и литературоведении 1960-
2000-х годов. В сочинение особенно внимательно рассматривается образ
Джахандар ага романа, который вызвал большой интерес в литературной кри-
тике. Сочинении герой И.Шыхли оценивается как из значимых образцов
посвященных национально-духовной тематике в азербайджанской прозе 60-х
десятилетий. В центре исследования находятся проблематика и главный
художественный герой романа И.Шихлы, своеобразная манера писателья, от-
личительный художественный подход к вопросам социоально общественной
жизни Азербайджана в Х1Х веке. Роман «Буйная Кура» и его художествен-
ный герой оценена в контексте основных направлений развития критики и
важных творческих склонностей того периода.
Статья имеет применительное значение на научных семинарах филоло-
гических факультетов высших школ, посвящённых вопросам спецкурсов и
спецсеминаров.
Tarana Rahimli
Konseption`s the artistic hero of Ismail I.Shikhly 's novel “Violent Kur” in the
literary criticism
Summary
In a study it is narrated about the artistic by the hero of Ismail
Shykhli's novel “Violent Kur” in the literary criticism, problems it is exami-
ned based on materials Azerbaijan literary criticism and the history of litera-
ture 1960-2000- X of years. In the composition especially attentively is exa-
Filologiya məsələləri – №7, 2013
300
mined the means of Cakhandar aqa of the novel, which caused great interest
in the literary criticism. Composition the hero of Ismail Shykhli is evaluated
as of the significant models of dedicated to nation- spiritual thematics at
Azerbaijan prose 60th decades. In the center of a study are located the prob-
lems and the main artistic hero of the novel of Ismail Shykhli, the unique
manner of poetry, distinctive artistic approach to questions sosiality of the
public life of Azerbaijan in no-load condition century. The novel “Violent
Kur” and its artistic hero it is evaluated in the context of basic trends in de-
velopment of criticism and important creative tendencies of that period.
Article has applicable value at the scientific seminars of the philologi-
cal departments of the higher schools, dedicated to questions of special
courses and special seminars.
Rəyçi: Təyyar Salamoğlu
filologiya elmləri doktoru, professor
Filologiya məsələləri – №7, 2013
301
SAKİBƏ ƏLƏSGƏROVA
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
UOT: 821 (479, 24)
XALQ ŞAİRI HÖKUMƏ BİLLURİNİN “SƏRİYYƏ” POEMASI
FARS ŞOVİNİZMİNİN TÖRƏTDİYİ DƏHŞƏTLƏRİN
BƏDİİ İFADƏSİ KİMİ
Ömür gedər izi qalar,
Şair gedər sözü qalar.
H.Billuri
Açar sözlər: vətən, qəhrəman, mübarizə, səngər, qanlı cinayət.
Keywords: homeland, hero, fighting, trench, bloody crime.
Ключевые слова: родина, герой, борьба, окоп, кровавое преступление
Dünyada çox inqilabçılar olub. Tarixə çox qəhrəmanların izi düşüb. Ancaq ta-
rix inqilablar dövründə Cənubi Azərbaycan fədailəri qədər vətənpərvər, etibarlı dö-
yüşçülər görməyib. Sınanmış, vətəninə vurğun, ən çətin zamanlarda belə ümidini
itirməyən, varlığıyla vuruşan, ana dilində danışanı bağrına basan, silaha sarılmış,
sinəsi səngər, yüz nəfəri bir nəfər kimi döyüşçüdür fədailər. Fədailərə həsr olunmuş
çox sayda ədəbi nümunələr var. Hər şair və yazıçı öz üslubunda oğul və qızlarımı-
zın bədii portretini yaradıb. Elə H.Billuri saysız-hesabsız şeirlərində onları anıb,
qəhrəmanlıqlarını vəsf edib. Xalqa azadlıq bəxş edən Azərbaycan Demokratik Parti-
yasının yaranmasının 5-ci ildönümü münasibətilə yazdığı “Salam sənə el adından”
(1, səh. 49) əsərində partiyasına olan məhəbbətini bir döyüşçü iradəsiylə vəsf edib.
Doğma partiyaasını sərin bir yaz səhərində çıxan günəşə bənzədir. Bu günəş şəfəqi-
ylə insanların ürəyini isidir. Baxmayaraq ki, fəaliyyətdə deyil, insanlar hələ də ona
inanır. Bu partiya ətrafında xalqın qəhrəman oğul və qızlarını toplamışdı. İnsanlara
azadlıq, xoşbəxtlik, səadət yollarını göstərən partiyanın keçmiş üzvləri hələ də özü-
nü ona sadiq əsgər hesab edir. Çünki bu partiya həqiqətdən yaranıb, xalqın haqq sə-
sini hayqırır. Xalqın ona yenə ehtiyacı var. Bir il yaşadı, amma çox iş gördü:
Sən son qoydun o qanlara,
Sən son qoydun fəlakətə.
Sən son qoydun haqsızlığa
Sən son qoydun əsarətə.
Haq söyləyən insanları zindanlardan azadlığa çıxaran, səadətə yol açan, andını
pozmayan, adı uzun illər yaşayacaq olan bir partiyadır H.Billurinin üzvü olduğu
Demokrat partiyası. Xəyanət olmasaydı, hələ amerikalı cəlladları da Nyu-Yorka
qovacaqdı.
Şairənin “Səriyyə” (2,səh.26) poemasının qəhrəmanı da həmin partiyanın
vəfalı, sədaqətli üzvüdür. Şairə şahidi olduğu faciələrdən birini qələmə alıb. Uzun
qış gecələrinin biridir. O, düşüncələrə dalıb. Sözündə daima açıq olan şairə düşün-
cələrini qələmə almaq istəyir. Onun məqsədi fars şovinizminin qanlı qanunlarına
Filologiya məsələləri – №7, 2013
302
qarşı üsyan yaratmaqdır. Bu üsyan beyində başlamalıdır, yəni əvvəl dərk olunub,
sonra kütləyə çatdırılmalıdır. Hisslərini 4-5 il qəlbində daşıdıqdan sonra günahsız
bir qızın həyatını poemasında təsvir etməyə çalışmışdır. Inqilabi Demokratik Hərə-
kat fəallarına verilən işgəncələri gözüylə görən şairə onların taleyinə acıyır. Vətəni-
ni qəlbən sevən bu insanların varlığını tapdalayanları ancaq qələmi ilə cəzalandıra
bilər. Əlindən başqa kömək gəlmir. Ona görə də kinini, nifrətini vərəqlərə tökür, o
vəhşi varlıqlara qaranlıq məzar qazır:
Hansı insaniyyət qanunlarında
Vətənpərvərlərə ölüm yazılmış?
Şairə əsərin proloqunda öz hisslərini təsvir etdikdən sonra Sümərin kəndinin
təsvirinə keçir. Soyuq qış gecəsidir. Şiddətli külək var. Təbiət tez-tez şəklini dəyişir.
Kənd klubundakı iclasda firqənin göstəriçi ilə Təbrizə nümayəndə seçilir. Əsərin
qəhrəmanı Səriyyə də iclasda danışır və deyir ki, elə nümayəndə seçilməlidir ki,
xalqa, vətənə can yandırsın. Şahsevən qızı Səriyyə elin fəxridir. Onun adı çəkiləndə
ilk növbədə mərdlik, qəhrəmanlıq, sədaqət kimi keyfiyyətlər yada düşür. Son dərəcə
nəcabətli olan bu qadın düşmənə nifrətlə bəsləmişdir. Yeri gələndə cəbhə oğlu kimi
səngərdə döyüşür, yeri gələndə də sadiq bir ana kimi oğlunu öpüb oxşayır. Fasiləsiz
qar kənd yollarını bağlayıb, ancaq sakirlikdir. Kənddə bir səadət hökm sürür.
Səriyyə ana dilində balasına laylay çalır. Sonra oğlunu yaşlı anasına verib at üstə
qalxır. Təbrizə nümayəndə seçilib. Hamı qorxur ki, çovğuna düşə bilər, getməsin.
Ancaq Səriyyə inadından dönmür.
Zaval qorxağındır, qorxmayanlara –
Ölüm də, zaval da çox yabançıdır,
İradə zərbədir, qüdrət qamçıdır,
- deyərək Təbrizin yolunu tutur. Onun kəndində insanlar əməklə dolanır.
Yalnız bir ildir uşaqlar təhsilə cəlb olunub. Tarix sübut edib ki, insanlar elm ilə
yüksəlir. Ancaq irtica uzun illərdir Azəri xalqını kitaba, elmə, təhsilə yaxın
qoymurdu. İndi kənddə ərbabın sözü keçmir, zaman dəyişib, ədalət hökm sürür,
xanın zülmündən nişan qalmayıb.
Qanun qarşısında bütün insanlar
Bərabərdirsə, orda ədalət də var
Daima fikirli olan Səriyyə Şahsevən elinin keçirdiyi pis günləri düşünür. Səs-
siz axşamın gözəlliyi belə onu kədərli fikirlərdən ayıra bilmir. Öz vətənində qərib
yaşamaq, köçəri həyat sürmək onların taleyinəmi yazılıb? Həyat yoldaşı Qəhrəman
onları salamlayan yeni dövranın, gözəl günlərin xoşbəxtliyini yaşamağı tövsiyə
edir. Əsərin qəhrəmanı həyat yoldaşının fikrini təsdiqləyir. Şairə fasilələrlə olsa da
Səriyyəyə azadlığın sevincini xatırladır. Müvəqqəti də olsa keçmiş düşüncələrdən
uzaqlaşır və deyir.
Filologiya məsələləri – №7, 2013
303
Getdi qara günlər, getdi o dəmlər
Artıq bir ildir ki, biganəyəm mən,
Kədərə, qüssəyə, aləmə, bilsən
Artıq elim xoşbəxt, yurdum da xoşbəxt,
Gülür gözlərimə səadət, həyat.
Əsas məqsəd bu səadəti əbədi yaşatmaqdır. Xalqın həyatı bu səadətə bağlıdır.
Ölkənin baharı xəzan görməsin deyə onu qorumaq lazımdır. Şairə Səriyyənin diqqə-
tini stolun üstündəki kitaba yönəldir. Cildin üzərində “Azad Sovet qadını “ sözləri
yazılıb. Şəkildəki qızın alnındakı vüqar, baxışındakı məna əsərin qəhrəmanına xoş
təsir bağışlayır. Onu xoşbəxt görür. Dünya qadınlarından fərqlənən, arzusu, eşqi, is-
təyi, vətəni, işi, əməyi azad olan bu qadının yerində olmaq istəyir. Anası onu yatma-
ğa səsləyir. Ancaq Səriyyənin keçirdiyi duyğular yuxudan da şirindir. Bu duyğular-
dan sonra anası ilə kədərli notlar üzərində söhbət edir. Anasından parçalanmış ürə-
yin necə sağala biləcəyini soruşur. Ana: “İkiyə
bölünən böyük bir ürək birləşsin gərək”deyir. Şairə burada yaralı Araza
“yüklənir” . Səriyyənin dili ilə deyir :
Onda qoy dibindən qurusun Araz
Bir qəlbin heç iki sahibi olmaz
Bütöv Azərbaycan dərdi şairəni düşündürür. Əslində bu, onun həmişəki qay-
ğısıdır, heç zaman unudulmayan qayğısı. Səriyyə xəyali birlik əhvalı-ruhiyyəsində-
dir. Arazın üstünə yeni körpülər salınıb. Culfadan keçən maşınlar Təbrizdən gələn,
Bakıdan qayıdanlardır, artıq ikiyə bölünən yollar qovuşur. Mingəçevirdən Təbrizə
işıq çəkilir və s. Sovet rəhbərini görməyi arzulayır. Qəhrəmanın şirin xəyalları uzun
sürmür. Firqədən xəbər gəlib: “Tehran Azərbaycana ordu göndərəcək”. Səriyyə
kənd klubunda çıxış edir. “Düşmənin hiyləsinə aldanmamalıyıq” deyir. Düşmən
ayaqlara qandal, qollara zəncir gətirir. Qaniçən yağı ölüm gətirir. Ancaq elə etmə-
liyik ki, özü ölümlə üzləşsin.
Cənubi Azərbaycan antologiyasının III cildində oxuyuruq: “İnqilabın qara-
guruhçular tərəfindən gözlənilməz və arzuolunmaz çətin yollara salınması, əlbəttə,
xalq kütlələrində qəzəb, nifrət, kədər də doğurmuşdur.” (3. səh.11)
1946-cı ilin dekabrında qələbənin təhlükə ilə üzləşməsi xalqı çıxılmaz vəziy-
yətə salmışdı ki, H.Billuri də həmin vaxt keçirdiyi hissləri qəhrəmanın həyatına
yansıtmışdır.
Kənddəki səadətə kölgə düşüb. Qəmli bir qış axşamıdır. Səriyyə pəjmürdəhal-
dır, gözlərində kədər var. Bilir ki, xalq ayağa qalxıb, düşmənə qarşı yürüşə hazırla-
nır. Oğlunu sinəsinə basan Səriyyə ayrılıq
vaxtının gəldiyini bilir. O, övladların
həyatı zindana dönməsin deyə döyüşə gedir. Körpəsinə söyləyir ki, işdir qayıtma-
sam, qanımı yerdə qoyma, bəlkə son görüşdür, vətən çağırır. Odlar yurduna vəfasız
çıxmamaq lazımdır.
Səriyyə vətənin sadə əsgəri olsa da, güclü iradəsi, qələbə, zəfər əzmi onu qüd-
rətli göstərir. Qəmli səhərin açılışı özüylə ayrılıq, kədər gətirdi. Tehran jandarması
irəlilədikcə qoca Təbrizin gözəlliyi itir, Zəncan, Mərənd, Qaradağ düşmən əliylə
talanır, yanır. Firqənin yaratdığı yeni nə varsa: kino, teatr, məktəb atəşə verilib. Ev-
Filologiya məsələləri – №7, 2013
304
lərdən nalələr ucalır, ana körpəsini, bacı qardaşı axtarır.Ələ keçən yerindəcə öldürü-
lür. Şairə jandarmı danışdırır:
Deyir: “Şahənşahın əmri belədir.
Bütün Azərilər quldur, kölədir,
Boğazdan asmasaq demokratları
Gülməz, şahənşahın gülməz baharı.”
Saraydakı satqın canilərin göstərişləri Azərbaycanı qorxutmur. Kütlə silaha
sarılır, ancaq bomba ilə dolu hərbi maşınlarla -Tehran ordusuyla qarşılaşır.
1946-cı ilin 12 dekabrı – 21 Azəri. Azərbaycan tarixinin ən qanlı cinayətlər-
inin törədildiyi günlərdən biri. Əsərin qəhrəmanı səhərdən səngərdə atışır. Döyüş
qabiliyyətinə görə hər kəsdən üstündür. Mübarizə qızışır. Şairə onun daxili
hisslərini verməyə çalışır. Cavandır, qəlbində arzuları var, çox qüdrətlidir, onu el
oğulları alqışlayır. Bu cür insanlar bəxtiyardır. Ancaq səngərdə həyatın o biri üzü də
var. Səngərdə ölən də, öldürülən də var. Ölənlər “vətən” deyib torpağı qucalqlayır.
Düşmən bu hissləri anlamaq gücündə deyil. Onların vətəni, əzizi, həyatı puldur,
dollardır. Qoca əfsər Səriyəni evə - körpəsinin yanına göndərmək istəyir. Ancaq
qəhrəmanın məqsədi mübarizəni davam etdirməkdir. Ona görə döyüşü yarımçıq
buraxmaq vicdanı satmaq və alçaq əməldir. Şərəfli ölümə daha üstünlük verir. Yad-
ların vətəni qana boğması xalqın azadlığının əlindən alınması deməkdir.
Min düşmən ölməsə bu gün bu yerdə,
Dönmərəm evimə, dönmərəm bir də.
Səriyyə fədailərlə bərabər çarpışır, əlində avtomat düşmənə atəş və nifrət püs-
kürür. Ancaq hər şey tək bu səngərdən ibarət deyil. Düşmən Azərbaycanın bölgələ-
rini qana boyayır. Kənd ağsaqqalının səngərə gəlişi Səriyyədə qorxu yaradır. Görə-
sən niyə gəlib? Kəndə düşmən təhdidimi var? Qoca ona sərhəngin tapşırığını söylə-
yir: əgər Səriyyə səngərdən uzaqlaşsa, ona heç kəs toxunmayacaq, bağışlanacaq,
hətta inansın deyə şahın tacına da and içiblər. Səriyyə bu sözdən qəzəblənir və
bağışlananları bədbəxt adlandırır. Qoca əsas məsələyə keçir; sən təslim olmasan,
onlar kəndi topa tutacaqlar. Çarəsiz qalan Səriyyə razılaşmalı olur.
O kənddə elim var, obam var mənim,
Bu yeri qəlbimtək uşaqlığımdan –
Sevmişəm. Bu torpaq mənim vətənim.
Gümanı, müqəddəs yurdu Azərbaycanın talanmasına dözmür. Burada sevimli
oğlu, günahsız anası da yaşayır.
Ancaq nə şairə, nə əsərin qəhrəmanı eli, obanı talayan o şərəfsizlərin andına
inanmır. Heysiyyatı, şərafəti olmayan, xəmiri hiylə, böhtan və aldatmaqla yoğrulan
jandarm və əfsərlər andına əməl etməyəcək. Səriyyə artıq səngərdə təkdir, gülləsi də
qurtarıb. Təkliflərinə əməl etməlidir, yoxsa kənddə qan su yerinə axar. Əsərin
qəhrəmanı dar ağacına gedən yolu əvvəlcədən görür. Ancaq müqavimət artıqdandır.
Düşünür ki, kəndin külə dönməməsi üçün bu fədakarlığı etmək lazımdır. Ölümə
Filologiya məsələləri – №7, 2013
305
aparıldığını bilə-bilə səngərdən çıxır. Caninin qan tökəcəyini bilir. Ən çox da on-
ların hiyləsini üzə çıxarmaq istəyir. Qoy xalq görsün ki, onlara inanmaq avamlıqdır
və bu xəbər vətənimizə yayılsın.
Yırtıb parçalamaq, bax, ona xasdır,
Qurd üçün qan içmək bir ehtirasdır.
Hökumə Billurinin 1949-cu ildə nəşr olunmuş şeirlər toplusunun
müqəddiməsində oxuyuruq: “Cənubi Azərbaycan xalqının tarixində yenidən qara
günlər başladı. Ölkənin hər yerində dar ağacları quruldu. Xalqın yüzlərlə qəhrəman,
igid oğulları edam edildi, zindanlara atıldı.” (4. səh. 4)
Şairənin və qəhrəmanın düşündükləri baş verdi. HamıTəbriz meydanına
yığılıb. İnsanların qəlbində iztirab var. Qəzəb, kin, nifrət, intiqam hissi üzlərdən
oxunur. Azərbaycan elinin gözəl pərisini, qəhrəman qızını, məqsədi uca, qəlbində
böyük bir dünya yaşadan fədaisini dar ağacına tərəf gətirirlər. O, xoşbəxliyə doğru
gedirmiş kimi fəxrlə, vüqarla yeriyir. Həyatının qanlı səhnəsi oynanılır, insan qəl-
binə sığmayan vəhşət var. Arxasınca kütlə gedir. Təmiz bir məqsəd uğrunda
mübarizə aparıb. İllərdən bəri doyunca rahatlıq, yuxu görməyib. Ac, susuz günləri
çox olub. Ancaq yadlara əyilməyib. Sarsılmayan iradəsi ilə ölüm kürsüsünə qalxır.
Onu xəyanətdə təqsirləndirənlərə sözü var. Azadlıq mücahidinin qiymətini tarix ve-
rəcək. Torpağını sevən bir fədainin bu adla öldürülməsi ona ağır gəlir:
Xəyanət sizindir, “ağalar”, sizin
Məncə, bu ad sizə yaraşır ancaq.
Mənsə övladıyam qoca Təbrizin.
Vicdanım təmizdir, qəlbim də parlaq.
Səriyyə məhkəməsiz ölümə gedir. Ancaq düşmənlərə qurulacaq həyat məhkə-
məsinə inanır. El qızını tanıyanlar ağlayır. Səriyyə isə onlara “gözünüzün yaşını
kininizlə qurudun” deyir. Uzaqdan fədai marşının səsi, nümayişçilərin şüarları
səslənir: “Yaşasın Pişəvəri! Məhv olsun mütləqiyyət!” və s. Qorxuya düşən
“ağalar” hökmün yerinə yetirilməsini istəyir. Səriyyə son sözlərini deyir: “Mən
ölsəm də vətən yaşayır. Kütləni öldürmək olmayır”. Çəkilən kəndirin ucu onun bo-
ğazına keçir və qanlı cinayət belə sonlanır.
Səriyyə ölərkən öz nəğməsində,
Bir qəhrəman kimi son nəfəsində
“Vətən, vətən” deyib yumur gözünü,
Şərəf dünyasında görür özünü.
Həyat davam edir. Ancaq vətən yolunda şəhid olanların yeri tarixin nəzərində,
insanların qəlbində Allahın hüzurunda bambaşqadır. Epiloqda Səriyyənin bir qədər
böyümüş oğlu atası ilə söhbət edir. O, atasını döyüşə yollayır. Ellər ona dayaqdır.
Atasına uğurlu səfər, dostlara qələbə, yada ölüm arzulayır. Bu hələ 1949-50-ci illər
idi. Körpələrin yuxusu da, arzusu da çin çıxır. Qabaqda 1979-cu ilin qüvvətli alov-
ları və müstəbid şahlıq üsulunun darmadağın olduğu zaman var.
Filologiya məsələləri – №7, 2013
306
Ədəbiyyat
1.
Hökumə Billuri. Mübarizə illərində. Bakı, 1954.
2.
Hökumə Billuri. Ölməz qəhrəman. Bakı, 1950.
3.
Cənubi Aəzrbaycan antologiyası. III cild. Bakı, 1988
4.
Hökumə Billuri. Mənim arzum. Bakı, 1949.
S.Alasgarova
National poetess Hokuma Billuri’s poem “Sariyya” as an art expression of the
horrors procreated Persian chauvinism
Summary
In "Sariya" poem H. Billuri described fighter homeland daughter’s life and
freedom struggle and life of patriot’s who sacrificed their lifes for motherland
during Revolutionary Democratic Movement in 1941-1946. The theme was
dedicated to the subject of which the poetess was witness. Work calls to revenge
and it is artistic manifestation of poetess’s own thoughts. The leading thoughts in
the work are belief to the future and great Azerbaijan desire.
С.Алескерова
Поэма народной поэтессы Х.Биллури «Сария» как художественное выражение
ужасов, порождённых персидским шовинизмом
Резюме
В поэме Х.Биллури описывает жизнь и борьбу за свободу смелой дочери
родины, отдавшей жизнь за неё в период Революционного демократического
движения 1941-1946 годов. Тема посвящена событию, свидетельницей которого
явилась сама поэтесса. Кровавое воспоминание, призывающее к мести, является
художественным проявлением личных мыслей поэтессы. Ведущей мыслью в
произведении является вера в будущее и мечта о едином Азербайджане.
Rəyçi: Şamil Vəliyev
filologiya üzrə elmlər doktoru, professor
Filologiya məsələləri – №7, 2013
307
ŞƏBNƏM HAQVERDİYEVA
AMEA-nın Folklor İnstitutu
EL ŞAİRI NAYİB ŞİRVANİ
Açar sözlər - Şirvan regionu, poeziya, bayatı, zəmanəyə etiraz, qadın şairlər.
Ключевые слова: Ширванский регион, поэзия, баяты (стихотворная форма),
протест своей времени, женщины поэты.
Key words: Shirvan s region, poetry, Bayati (folklore genre of poetry), a protest
to her time, women poets
Azərbaycanın qadın şairlərinin tədqiqində, araşdırılmasında professor Ə. Cə-
fərzadənin xüsusi xidmətləri olmuşdur. Bu sahənin öyrənilməsində ciddi tədqiqatlar
aparan professor yazır: " Xalqımız qadın - ana ilə bağlı gözəl şer inciləri düzən, on-
larla qadın aşıq, şairlər yetirmişlər. Hər şeydən artıq diqqəti cəlb edən də burasıdır
ki, məhz Azərbaycanda, qadınlığın heç bir bəşəri hüququ olmadığı, feodalizm və
dini əsarətin hökm sürdüyü bir ölkədə, vaxtilə başqa məmləkətlərə nisbətən daha
çox qadın aşıq və şair yetişmişdir". (2, 178)
Azərbaycanımızın bütün bölgələrində olduğu kimi poeziya beşiyi Şirvanda da
qadın el şairləri yaşamışdır. El şairlərimizin həyat və yaradıcılıq yolunun öyrənil-
məsində bir çox görkəmli alimlər - S.Mumtaz, M.Təhmasib, M.Həkimov, P.Əfən-
diyev, M.Qasımlı, E.Məmmədli, S.Qəniyev və başqalarının xüsusi xidmətləri ol-
muşdur. Yuxarıda qeyd etdiyimiz kimi, Şirvan bölgəsində də qadın el şairləri – Va-
yıt qızı, Dostuxanım Şirvani, Gövhər Şirvani, Minəbəyim, Naburlu Badam, Pərinaz,
Püstə Şikar qızı, Ağca Gülağa qızı, Şirinxanım və b. yaşamışlar.
Şirvanda yaşayıb – yaradan, şerlərindən bəzi nümunələri günümüzə gəlib ça-
tan Nayıb Niyaz qızı Şirvani olmuşdur.
Mənbələrdə qeyd olunduğu kimi, Nayıb Kərbəlayi Niyaz qızı Səmədzadə təx-
minən, 1884-cü ildə Şamaxının İmanlı məhəlləsində ruhani ailəsində doğulmuşdur.
Belə ki, atası Kərbəlayi Niyaz İmanlı məscidində cavan vaxtı azan vermişdir. XIX
əsrin 90 - cı illərində Şamaxıda baş verən zəlzələdə valideyinlərini itirmişdir. Nayı-
bın dayısı Tiflis şəhərində ərəb və fars dillərini yaxşı bildiyi üçün dilmanclıq edirdi.
Özü də görkəmli pedaqoq M. Mahmudbəy, Tiflisdə yaşayan, "Ziyayi-Qafqaziyyə"
qəzetinin naşiri S.Ünsüzadə, onun qardaşları - Camal, Kamalla yaxın dost idilər. Sə-
mədbəy kimsəsiz qalan bacısı qızı Naibəni Tiflisə - yanına aparır. Dayısı onun üçün
müəllim tutur. Nayıb orada ərəb, fars, hətda rus dilinədə yiyələnir. Dayısının kö-
məyi ilə imtahan verib müəllimlik hüququ qazanır. Dayısının məsləhəti ilə qız mək-
təbi təşkil etmək üçün Şamaxıya - qohumlarının yanına qayıdır.
1902-ci il zəlzələsi Şamaxı şəhərini alt - üst edir. Nayıb da öz doğmalarına
qoşulub əvvəl Dərbəndə, sonra Vladiqafqaza, oradan Həştərxana gedir. Orada mü-
səlman qızları üçün olan məktəb də fəaliyyət göstərmişdir. Nayıb həmin məktəbdə
rus dili müəllimi kimi işləməyə başlayır. Nayıbın qohumlarından biri onun Hacı
Muxtar adlı yaşlı və evli bir kişiyə ərə getməsini məsləhət bilirlər. Az bir müddət
sonra Hacı onu müəllimlikdən azad edir və onu sənətindən ayırır.
Evdə günülər yola getmir. Hacı onu hər gün tənbeh edir, döyür onu evdən
bayıra buraxmır, evdə dustaq edir...
Filologiya məsələləri – №7, 2013
308
Nayıb təhsil aldığı illərdən şer yazmaqla məşğul olmuşdur. Ərindən ancaq
əzab-əziyyət görən Nayıbın günü ah-vayla keçir. O, dərd - sərini ancaq şerlərinin
dili ilə bəyan edir. Deyilənlərə görə, əri onun şer dəftərlərindən birini də odda yan-
dırmış və şer yazmağı ona yasaq etmişdir. Çarəsiz qalan Nayıb özünü öldürməyi qə-
rara alır. Özünün kiçik şer dəftərini xalası qızı Tikəzbana əmanət edir. 1905-ci ilin
əvvəllərində zəhər içib özünü öldürür.
Şairin günümüzə gəlib çatan əsərləri fars dilində qəzəldən, ana dilində qoşma,
gəraylı və bayatılardan ibarətdir.
Nayıb Şirvaninin şerləri mövzu baxımından rəngarəngdir. Şairin şerlərinin bir
qrupunda qadın hüquqsuzluğu, zəmanədəki özbaşnalıq açıqca şəkildə tərənnüm olu-
nur. El şairinin "Yaxşıdır" rədifili şerin hər misrasında qürbət diyarda - Həştərxan-
da doğma yurdu - Şamaxı üçün neçə həsrət çəkdiyi süzülür.
Ay ağalar, qulaq asın dərdimə,
Hər sözün erkəyi, sağı yaxşıdır.
Həştərxan dönsə də İrəm bağına,
Şamaxının toz - torpağı yaxşıdır.
Şair ərinin ona şer yazmağa qadağa qoyduğu da həmin qoşmanın sonrakı
bəndində poetik bir dillə bəyan etmişdir.
"Dinmə" deyib bağlayıbdır dilimi,
Sındırıbdır qələm tutan əlimi,
Dal eyləyib əlif ola belimi,
Belə gündən yesəm ağı yaxşıdır.
Qoşmada bəzi idiomatik ifadələrin yerli - yerində işlədilməsi şairin klassik
poeziyaya dərindən bələd olmasını təsdiqləyir.
"Dilin bağlanması", "əlif beli "dala dönməsi" kimi poetik ifadələr klassik
poeziyada çox işlənən qəliblərdəndir.
Nayıb Şirvanin qoşmalarının bəzilərində azad sevginin mədhi, cavan qızların
"gül", "qoca" kişilərə verilməsi etirazı da aydınca görünür. Bəlkə də, doğmaları tə-
rəfindən onun da qoca bir Hacıya verilməsinə etiraz olaraq şair bu şeri yazmışdır.
El şairinin "Dönübdür" rədifli şerindən aydın olur ki, Nayıbın özünün könül
verdiyi bir həmdəmi olmuşdur. Amma qovuşa bilməmişdir istəklisinə, günü isə
ağlamaq, sızlamaqla keçmişdir:
Namuddədir həsrətini çəkməkdən,
Əlif qəddim bil ki, yaya dönübdür.
İntizarın, məşəqqətin ucundan,
Göz yaşlarım axıb çaya dönübdür.
El şairinin günümüzə on bayatısı da gəlib çatmışdır. Həmin bayatıların məz-
munu həsrət, saf məhəbbətin, halallığın vəsfi, qadınlara olunan zülüm, biganəlik,
bir də zamana, ağalığa qarşı etiraz təşkil edir.
Filologiya məsələləri – №7, 2013
309
Aranda hünü yansın,
Hününün mini yansın,
Məni qana çalxadı
Odlansın günü yansın.
Mənbələrdə Nayıb Şirvani haqqında görkəmli yazıçı M. S. Ordubadinin şəxsi
arxivində məlumatların olduğu göstərilir. Həmin məlumatların da gec də olsa
oxuculara çatdırılması tədqiqatçılar qarşısında duran xeyirxah vəzifələrdəndir.
Nayıb Şirvani bir qoşmasını və doqquz bayatısını oxuculara təqdim edirik.
Dostları ilə paylaş: |