VI FƏSİL PFÄNETFƏRİN HƏRƏKƏTİ Hələ çüx qədimdən dünyanın quru-luşu haqqında iki fikir - geosentrizm və heliosentrizm fikirləri formalaşmışdır. Birinci fikrə görə dünyanın mərkəzində Yer durur. İkinci fikrə görə isə dünya-nın mərkəzində Yer yox, Günəş durur. Bu fikirlər uzun müddət yanaşı yaşa-mışlar. Bizim eranın II əsrində Ptole-mey dünyanın geosentrik sistemi təli-mini riyazi olaraq hesablamış və özü-nün "Meqale sintaksis" kitabında şərh etmişdir. Yalnız on dörd əsrdən sonra Kopernik MGöy sferlərinin fırlanması" əsərində dünyanın heliosentrik sistemi-ni vermiş və bir çox təbiət hadisələrini izah edə bilmişdir.
Bu fəsildə dünya sistemləri, planet-lərin görünən və həqiqi hərəkətləri, pla-netlərin hərəkət qanunları və s. məsələ-lərlə tanış olacağıq.