Klara Eyyub qızı Saruxanova Zeynəddin müəllimin
qaynı qızı, Şərqiyyə xanımın kiçik bacısıdır. O, 1977-ci il,
iyunun 29-da Hil kəndində anadan olub, hal-hazırda
Hilobada yaşayır, ailəlidir. Klara xanımla da Zeynəddin
müəllimin evində görüşüb söhbət etdik. Mən onun
Zeynəddin müəllim barədə böyük istək və məhəbbətlə
danışmasının şahidi oldum. Yalnız atasını sevən, ata
haqqında belə səmimiyyətlə damşa bilərdi: - Mən 14
yaşımdan özümə ikinci ata bildiyim Zeynəddin müəl
limin evində yaşamışam və yaşadığım müddətdə ondan
heç vaxt ögey münasibət görməmişəm. Həmişə mənə ata
nəvazişi göstərib, təhsilimlə, geyim-keçimimlə maraqla
nıb. Onu özümə ata kimi yaxın bilsəm də, ondan çəkin
mişəm, danışığıma, oturub-durmağıma, mütaliə etmə
yimə, geyimimə qarşı diqqətli olmuşam. Ona görə ki, o,
mülayim olduğu kimi, zəruri hallarda sərt və tələbkar da
olurdu. Hərdən Hilə gedəndə avtobusla getməyimə icazə
verməzdi, sanki məni yad gözlərə qısqanardı, özü məni
maşınla kəndimizə aparardı. Onu da deyim ki, heç vaxt
onun sözündən çıxmazdım, bilirdim ki, dedikləri mənim
xeyirimədi. Az-az adam Zeynəddin müəllim kimi
qonaqlı-qaralı olar. Evinə qonaq nə vaxt gəlibsə onu çox
şən və xoşbəxt görmüşəm. Qonağı olmayan günlərdə isə
kədərlənərdi, əhvalı xoş olmazdı. Sanki o, qonaqlarla,
dost-tanışlarla nəfəs alırdı. Deyirdi ki, qonaq gəlməyən
evə dərd-bəla asanlıqla ayaq açar.
Mən ailə həyatımı da Zeynəddin müəllimin xeyir-
duası ilə qurmuşam. O, toyumda bir ata kimi doğmalıq
290_________
göstərib, toy mərasiminin yüksək səviyyədə keçməsi üçün
özünü oda-közə vurub hər şeyə özü nəzarət edib.
Allah Zeynəddin müəllimi biz qohum-əqrəbəsinə,
dost-tanışına, el-obasına çox görməsin, ömrü uzun və
gümrah olsun!
Müsahibim Şərqiyyə xanımın bacısı Sveta Əliyevadır.
O, 1965-ci il avqustun 13-də Hil kəndində doğulub,
natamam orta təhsilini internatda, orta təhsilini isə Hildə
alıb.
O,
1991-ci ildə ailə həyatı qurub, köhnə Xudat kən
dində yaşayır. Sveta xanımla da Zeynəddin müəllimin
evində söhbətləşdik.