Xəbər şəkli[redaktə | əsas redaktə]
İşin nə zaman və neçənci şəxs tərəfindən icra edildiyini, icra ediləcəyini (və ya edilmədiyini) bildirən feil şəklinə xəbər şəkli deyilir. Xəbər şəklinin xüsusi şəkilçisi yoxdur. Bu şəkli düzəltmək üçün müxtəlif feillərə zaman və şəxs şəkilçiləri artırılır.
Feil xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara, eləcə də şəxsə görə dəyişir
Keçmiş zaman.
Keçmiş zaman iki cür olur; şühudi keçmiş, nəqli keçmiş.
Şühudi keçmiş hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və -dı, -di, -du, -dü şəkilçiləri ilə düzəlir. Məsələn:
I aldım aldıq gəldim gəldik
II aldın aldınız gəldin gəldiniz
III aldı aldılar gəldi gəldilər
Şühudi keçmiş zamanda üçüncü şəxsin təkində şəxs şəkilçisi olmur.
Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət barədə nəql yolu ilə məlumat verildiyini bildirir və -mış, -miş, -muş, -müş şəkilçisi ilə yaranır. Məsələn:
I yaz-mış-am yaz-mış-ıq get-miş-əm get-miş-ik
II yaz-mış-san yaz-mış-sınız get-miş-sən get-miş-siniz
III yaz-mış-dır yaz-mış-lar get-miş-dir get-miş-lər
Qeyd: Nəqli keçmiş ikinci və üçüncü şəxsdə -ıb, -ib, -ub, -üb şəkilçisi ilə də düzələ bilir. Məsələn:
II al-ıb-san al-ıb-sınız poz-ub-san poz-ub-sunuz
III al-ıb-dır al-ıb-lar poz-ub-dur poz-ub-lar
Keçmiş zamanın inkarını yaratmaq üçün -ma, -mə şəkilçisindən istifadə olunur. Məsələn: aldım-al-ma-dım; oxudun-oxu-ma-dın; bildi-bil-mə-di.
Dostları ilə paylaş: |