Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə175/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   284
                  
Şəkil 8. Mitozun mərhələləri (B.Qutman və b., 2004). 
 
 Beləliklə,  hüceyrənin  cinsi  çoxalması  mürəkkəb  mərhələlərlə  müşayət 
olunan  bir  prosesdir.  İnsanın  kariotipində  iki  xromosom  dəsti  (23)  olduğundan 
insanlar diploid orqanizmlər hesab olunur. Bu prosesi sxematik olaraq aşağıdakı 
kimi şərh etmək olar: 
                                               Diploid (2n) faza 
 
                   
                      
          
  Mayalanma                                  
                                                                                          Meyoz 
 
 
                                        
                                            Haploid (1n) faza  
 
Hüceyrə tsikli zamanı nüvənin bölünməsi ilə əlaqədar olaraq, sitoplazma da 
iki  yerə  bölünür,  nəticədə  iki  qız  hüceyrə  yaranır,  heyvan  hüceyrələrində 


 
127 
ekvatorial  səthində  get-gedə  dərinləşərək  sitoplazmanı  iki  yerə  bölən  xüsusi 
şırım  əmələ  gəlir  və  sitokinez  adlanır.  Mitozdan  əlavə  hüceyrənin  başqa 
bölünmə tipləri də – amitoz, endomitoz və politeniya – mövcuddur. 
Amitoz  bölünmə  –  hüceyrə  nüvəsinin  2  yerə  bölünməsi  prosesində  iy 
tellərinin  yaranmaması,  2  yaxud  daha  artıq  nüvələrin  fraqmentasiyası  baş 
verməklə,  əsasən  patoloji  və  yüksək  differensiasiya  olunması  toxumalarda 
(kanserogen-xərçəng, degenerasiyaya uğramış əzələ hüceyrələrində, ibtidailərdə 
və s.) müşahidə olunur. 
Endomitoz – hüceyrənin bölünməsi zamanı nüvənin qlafı sabit qalır, nüvədə 
xromosomların sayı ilkin saya nisbətən xeyli, bəzən isə on dəfələrlə artıq olur. 
Bu  proses  bitki  və  heyvan  toxumalarının  intensiv  funksiyaya  (hiperfunksiya) 
malik olan hüceyrələrində daha çox baş verir. 
Politeniya  –  xromosomların  həddindən  artıq  ikiləşməsi,  bir-biri  ilə 
birləşməsi, diametrinin böyüməsi (tellərin sayının çox artması, 1000-2000 ədədə 
çatması)  nəticəsində  giqant  (nəhəng)  xromosomların  yaranmasından  ibarətdir. 
Bu  hadisə  əsasən  bitki  toxumalarında  və  bəzi  həşəratların  ağız  suyu  vəzilərinin 
hüceyrələrində baş verir. 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin