Fяxrяddиn mustafayev


interfaza və xüsusi mitoz



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə172/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   284
interfaza və xüsusi mitoz ayırd edilir. 
İnterfaza-  mitozun  sələfi  olmaqla  üç  mərhələ-sintez  önü  (presintetik)  
1
), 
sintez (S), postsintez-sintezdən sonrakı (Ç
2
) – ilə müşayət olunur. Ç
1
-mərhələsində 
(presintetik) hüceyrədə onun quruluşunu və bölünməsini təmin edən zülal, RNT və 
s.  toplanır.  Bu  mərhələ  nisbətən  uzun  müddət  (10  saatdan  bir  neçə  günə  qədər) 
davam  etməklə  mRNT  (məlumat  RNT-si),  fermentlər  və  digər  hüceyrə 
komponentlərinin sintezi və DNT molekulunun sintezinə hazırlıq mərhələsi sayılır. 
S  –  mərhələsində  DNT  sintez  olunmaqla  xromosomların  autoreproduksiyası  (öz-
özünə ikiləşməsi) başlayır və ikinci xromatidlər əmələ gəlir. Bu zaman proses 6-10 
saat davam etməklə nüvədə DNT molekulu 2 dəfə artır, zülal və RNT sintezi davam 
edir. Ç
2- 
mərhələsində DNT-nin və zülalların sintezi davam edir, enerji toplanır. Bu 
mərhələ  3-4  saat  çəkməklə  xromosomların  ikiləşməsi  ilə  nəticələnir  və  fərqli 
xarakter  daşıyır  (ikiləşmə  xromosomların  daxilində  eyni  zamanda  baş  vermir, 
bəzilərində  tez,  digərlərində  isə  gec  baş  verir).  İnterfazadan  sonra  hüceyrənin 
bölünməsi prosesi – mitoz başlayır. Mitotik proses orqanizmin növündən, fizioloji 
vəziyyətindən,  toxumadan,  mühit  amillərindən  asılı  olaraq  30  dəqiqədən  3  saata 
qədər davam edir. M.Babayevə və M.Məcidova görə hüceyrə tsiklinin və onun ayrı-
ayrı  vaxt  kəsiklərinin  (dövrlərinin)  ümumi  davametmə  müddəti  yalnız  müxtəlif 
orqanizmlərdə deyil, həm də eyni orqanizmin müxtəlif orqanlarının hüceyrələrində 
də  xeyli  dərəcədə  variasiya  edir  (dəyişilir).  Lakin  bir  orqanın  hüceyrələri  üçün  bu 
qiymət nisbi sabitliyə malik olur (cədvəl 6)

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin