Fяxrяddиn mustafayev


Müxtəlif mayalanma tipinə malik olan heyvanlarda  cinsiyyət aktının fərqlənməsi



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə169/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   284
Müxtəlif mayalanma tipinə malik olan heyvanlarda  cinsiyyət aktının fərqlənməsi 
(A.P.Studensov və b., 1980) 
 
 
Cinsiyyət aktı (koitus) 
Balalıq mayalanması 
Vaginal mayalanma 
Koitusun müddəti 
 
Eyakulyasiya  
 
Eyakulyatın həcmi 
 
Spermiyaların 
konsentrasiyası (qatılığı) 
Uzun 
 
Dəqiqələrlə hesablanır 
 
Böyük 
 
Azacıq  
Qısa 
 
Saniyələrlə hesablanır 
 
Kiçik 
 
Böyük  
Əlavə cinsiyyət vəziləri 
Yaxşı inkişaf etmişlər 
Zəif inkişaf etmişlər 
 
Vaginal  tipli  mayalanmaya  malik  olan  heyvanlarda  koitusun  qısa 
müddətli  olmasının  səbəbi  spermiyanın  xaya  artımından  genişlənmiş  am-
pulabənzər toxumaparan kanala daxil olub oradan vaginaya gətirilməsi za-
manı  birləşmə  refleksinə  qədər  ləngimənin  baş  verməsidir.  Spermiyanın 
ləngiməsinin  səbəbi  isə  məhz  toxumçıxarıcı  kanalın  genişlənmiş  ampu-
layabənzər  quruluşa  malik  olmasıdır.  Buğa,  qoç  və  təkədə  cinsiyyət  aktı 
ilə  eyakulyasiya  eyni  vaxtda  baş  verərək  2-10,  antiloplarda  isə-10-15 
saniyə  davam  edir.  Ayqırın  və  eşşəyin  cinsiyyət  aktı  1-3  dəqiqə, 
eyakulyasiya  isə-5-10  saniyə,  donuzda  bu  göstəricilər  müvafiq  olaraq  10-
15  və  7-8  dəqiqə  davam  edir.  Dəvələr  cinsiyyət  aktını  yatılı  vəziyyətdə 


 
118 
arxa-arxaya  birləşməklə  davam  etdirir,  proses  13-14  dəqiqə  davam  edir. 
Bütün  heyvanlardan  fərqli  olaraq  cinsiyyət  reaksiyası  erkək  dəvələrdə 
olduqca aqressiv formada keçir. Bu proses əsasən ilin soyuq qış aylarında 
baş  verir.  Həmin  dövrdə  erkək  dəvə  yemdən  tamamilə  imtina  edir,  çox 
güclü,  köpüklü  tüpürcək  əmələ  gəlir,  insanlara  hücum  edir  və  uzaq 
məsafədən  onlara  tüpürür.  El  arasında  buna  «nər  qızıb»  deyirlər.  Nər 
insan üçün çox təhlükəli olduğu üçün həmin dövrdə bir neçə gün onun ön 
ətraflarını  möhkəm  çidarlayır,  cinsiyyət  reaksiyası  tamamilə  söndükdən 
sonra  onu  çidardan  azad  edirlər.  Buna  oxşar  reaksiya  buğada,  xüsusilə 
kələdə  də  müşahidə  olunur.  Hövrəgəlmə  aktı  başladıqda  kələ  olmadıqda 
camışlar onu axtarır, bəzən isə onu tapana qədər uzaq məsafəyə miqrasiya 
edir.  İtdə  və  digər  yırtıcı  vəhşi  ət  yeyən  heyvanlarda  (canavar,  tülkü, 
çaqqal,  yenot  və  s.)  koitus  nisbətən  uzun,  bəzən  isə  2  saata  qədər  davam 
edir  və  bu  müddət  ərzində  onlar  birləşmiş  vəziyyətdə  olur.  Şirlər  də 
koitusu  yatılı  vəziyyətdə  keçirir.  Lakin  koitus  zamanı  erkəklər  sakit 
davrandığı  halda,  dişilər  ona  qarşı  olduqca  aqressivlik  göstərir,  sanki 
onunla  dava  etməyə  çalışır.  İnsanda  koitus  sinir  tipindən  və 
temperamentlik  dərəcəsindən  asılı  olaraq  ayrı-ayrı  fərdlərdə  bir-birindən 
xeyli fərqlənir və müxtəlif müddət davam edir. 
Çoxalma prosesi ilə əlaqədar bütün reaksiyalar sonda myalanma və ən 
həlledici,  olduqca  mürəkkəb  və  nəslin  davamçısı,  irsiyyətin  ən  dayanıqlı 
daşıyıcı  sayılan  boğazlıqla  yekunlaşır.  Boğazlıq  (qraviditas)  –  irsiyyətin 
sitoloji əsası sayılan xromosom və genlərin vasitəsilə əlamət və xassələrin 
valideynlərdən  gələcək  nəsil  törəmələrinə  keçməsi  prosesinin  əsas  və  ən 
birinci  təminatçısı  sayılan  mürəkkəb  fizioloji  prosesdir.  Bu  proses 
ziqotanın  əmələ  gəlməsindən  balanın  doğulmasına  qədər  dişi  fərdlərin 
orqanizmində  baş  verir  və  praktiki  olaraq  onun  başlanğıcı  sonuncu 
mayalanma  hesab  olunur.  Boğazlıq  balalıqda  bir  və  ya  bir  neçə  dölün 
inkişaf etməsindən asılı olaraq birdöllü (ilk doğuş) və çoxdöllü (əgər baş 
versə  sonrakı  təkrar  doğuşlar)  formaya  böölünür.  Gedişinə  görə 
boğazlığın  fizioloji  (ana  və  dölün  normal  fizioloji  vəziyyətinin  davam 
etməsi)  və  patoloji  (ananın  və  inkişafda  olan  dölün  orqanizmində  gedən 
fizioloji  proseslərin  pozulması  və  patologiya  ilə  müşayət  olunması) 
formaları  ayırd  edilir.  Ana  bətnində  dölün  inkişafında  3  əsas  mərhələ 
mövcuddur: 
1.
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin