Cinsiyyət aktı (koitus)– şərti və şərtsiz reflekslərin mürəkkəb kompleksi
olub, spermanın əlavə cinsiyyət vəziləri sekretlərinin erkəklərin cinsiyyət
aparatından ixrac edilməsi və onların dişilərin cinsiyyət aparatına
yeridilməsindən ibarətdir və 4 əsas refleksdən – ereksiya, qucaqlama, birləşmə və eyakulyasiya təşkil olunur. Bu reflekslərin hamısı qeyri-şərti reflekslərə
aiddir. Bütün şərtsiz reflekslərin məcmuu hər bir normal orqanizmin tabe olduğu
və təkamül nəticəsində qazandığı bioloji qanundan ibarət olmaqla, cinsiyyət
yetişkənliyi ilə eyni dövrdə yaranan cinsiyyət instinktindən ibarətdir. Dişi
fərdlərdə cinsiyyət instiktinti follikulaların yetişməsindən əvvəl, erkəklərdə isə
spermogenezin başlaması dövründə yaranır. Orqanizmin cinsiyyət hormonlarına
qarşı reaksiyası cütləşmə formasında təzahür edir. Cütləşmə yalnız təbii
mayalanmaya aid olmaqla, süni mayalanma ilə heç bir əlaqəsi yoxdur, çünki bu
proses iki müxtəlif cinsiyyətə malik olan fərdlərin qarşılıqlı münasibətindən
ibarət olan bir prosesdir. Bu zaman görmə, eşitmə, hiss etmə və taktil oyanmaları
cinsiyyət aktı reflekslərinin yaranmasına başlıca zəmin yaradır.