Monotsiklik (tək dövrlü) cinsiyyət tsikli ildə 1, bəzən isə 2 dəfə olur (it, pişik və
vəhşi heyvanlarda baş verir). Bu dövr dişilərin cinsiyyət orqanlarında,
ümumilikdə isə bütün orqanizmdə bir oyanma dövründən digərinə qədər olan
dəyişikliklərlə xarakterlənir və 3 mərhələ –oyanma,tormozlanma və müvazinət ilə müşayət olunur. Oyanma dövrünün özü isə 4 fenomen– çərəaxıtma, cinsiyyət oyanması (ümumi reaksiya), hövrəgəlmə, follikulaların yetişməsi və
ovulyasiya ilə növbələşir. Oyanma mərhələsində bütün reflekslərin hamısı
cinsiyyət refleksinə tabe olur. Çərəaxıtma– cinsiyyət yollarının epiteli
hüceyrələrinin və balalığın borulu-alveolyar vəzilərinin fəaliyyətinin güclənməsi
nəticəsində cinsiyyət orqanlarında selikli mayenin axmasından ibarətdir.
Cinsi oyanma– cinsiyyət hormonlarının sinir sisteminə təsiri nəticəsində
narahatlığın, iştahasızlığın, məhsuldarlığın azalmasının, südün duzlu olmasının,
çürüməsinin və ağız südünü xatırlamasının baş verməsidir. Hövrəgəlmə – dişi
heyvanın erkək heyvana qarşı müsbət cinsiyyət reaksiyasının yaranması, onun
erkək fərdə yaxınlaşması, cinsiyyət aktı vəziyyəti alması ilə səciyyələnir.