Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə161/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   284
Cinsiyyət  yetişkənliyi  zamanı  cinsiyyət  aparatının  morfoloji  və  funksional 
cəhətdən  formalaşması,  erkəklərdə  dişiləri  mayalandırma,  dişilərdə  isə  ziqotanı 
yaratma  və  boğazlıq  qabiliyyətinin  olmasından  ibarət  prosesdir,  təsadüfi  və 
qəflətən  xarakter  daşımır,  orqanizmin  fərdi  inkişafı  nəticəsində  yaranır  və  tam 
irsi və növdaxili xarakter daşıyır. Bu proses zamanı cinsiyyət orqanları tədricən 
inkişaf  edir,  böyüyür,  formalaşır  və  ikinci  cinsiyyət  əlamətləri  yaranır.  Cinsi 
yetişkənlik  müddəti  heyvanın  növündən,  genetik  statusundan,  cinsindən, 
yemlənmə, saxlanma şəraitindən və iqlim amillərindən asılı olaraq müxtəlif olur. 
Dişi heyvanlarda cinsiyyət yetişkənliyinin müddəti (aylarla) aşağıdakı kimidir: 
dəvədə (mayada)-9-12  
düyədə-6-9  
dayçada-16-18  
qoyn və keçidə-5-8  
donuzda-5-8 
itdə-6-8 
pişikdə və dovşanda-4-5 
eşşəkdə-12-15 
Erkəklərdə  də  cinsiyyət  yetişkənliyi  təxminən  həmin  yaşlarında  başlayır. 
Cinsi  yetişkənlikdə  hipofizin-follikulastimullaşdırıcı  (FCH)  və  lyuteinləşdirici 
(LH)  hormon    əsas  rol  oynayır.  Bu  prosesdə  mərkəzi  sinir  sistemi 
(hipotalamusun  preoptik  nahiyəsi,  badamvari  nüvəsi  və  beyinin  limbik  sistemi) 
də iştirak edir. Cinsiyyət yetişkənliyi orqanizmin fizioloji cəhətdən tam inkişaf 
etməsindən  əvvəl  başlayır,  vaxtından  əvvəl  cütləşmə  nəticəsində  həm  ananın, 


 
115 
həm  də  embrionun  normal  inkişafı  ləngiyir,  balasalma  müşahidə  edilir,  zəif 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin