Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə157/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   284
Lokal  kələf(tor)–  neyronların  aksonlarının  qısa  olması  nəticəsində  elektrik 
ionları  istənilən  səviyyədə  paylana  bilmir  və  neyronların  təsir  sferasının  zəif 
olması,  işçi  orqanlara  gedən  neyronlara  ləngidici,  yaxud  oyanma  təsiri 
göstərməsi ilə səciyyələnir. 
Divergent sinir toru – bir neyronun çoxlu sayda neyronlara vahid çıxış yolu 
ilə  əlaqə  yaratması  və  divergensiyanın  kulminasiya  həddinə  çatması  ilə 
xarakterlənir.  Bu  qrupa  mənsub  olan  neyronlar  və  sinir  toru  orta  beyində  və 
beyin kötüyündə yerləşir. Bunların ən üstün cəhəti çoxlu neyronlara dərhal təsir 
etmək  və  onların  əksəriyyəti  ilə  əlaqə  yaratmaqdan,  «təşkilatçı»  «rejissor» 
rolunu  icra  etməkdən  ibarətdir.  Həmin  keyfiyyətlərinə  baxmayaraq  divergent 
genetik determinasiyalı sinir torları orqanizmdə mövcud olan sinir torlarının çox 
cüzi hissəsini təşkil edir. 
Nefronlar – böyrəklərin funksional vahidi olub, qabıq maddəsində yerləşir, 
olduqca  mürəkkəb,  lakin  həyati  vacib  ifrazat  (sidik  ifrazı)  prosesini  yerinə 
yetirir. Hər bir nefronda içərisində malpigi yumaqcığı olan Şumlyanski-Boymen 
kapsulası,  toplayıcı  və  çıxarıcı  kanalcıqlar  sistemi  vardır.  Şumlyanski-Boymen 
kapsulası  visseral  (damar  torunun  üstünü  örtən)  və  parietal  (kubşəkilli) 
vərəqlərdən  ibarətdir.  Nefron  çox  mürəkkəb  quruluşa  malik  olmaqla,  onun 
aşağıdakı hissələri vardır: 
-Birinci  cərgə  (dərəcəli)  –  proksimal-qıvrım  kanalcıqlar  (böyrəyin  qabıq 
qatında yerləşir); 
-Henli ilgəyinin qalxan və enən dizləri; 
-İkinci cərgə (dərəcəli)– distal qıvrım kanalcıqlar; 
-Yukstaqlomerulyar  (hüceyrələr)  kompleks  (qabıq  və  beyin  maddəsinin 
sərhəddində  yerləşir,  renin  və  prostoqlandin  hormonu  ifraz  edir).  Bu  kompleks 
malpigi  yumaqcığını  əmələ  gətirən  gətirici  və  aparıcı  damarlar  zonasında 
yerləşən  mioepitelial  mənşəli  hüceyrələrdən  ibarətdir.  İnsanın  böyrəyində  1,25, 
qaramalda-4,  donuzda-1,5,  qoyunda  isə  -  1  milyon  nefron  vardır.  Üzvi 
maddələrin  və  duzların  mübadiləsi  nəticəsində  əmələ  gələn  son  məhsullar, 
yabançı  maddələr  və  suyun  artıq  hissəsi  məhz  nefronlar  vasitəsilə  ifraz 
(ekskresiya) olunan sidiklə orqanizmdən ixrac olunur. 6-10 litr qandan 1 litr ilk 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin