İerarxik sinir kələfləri (toru)– neyronlararası əlaqə yaradan sensor və
lokomator liflərdə mövcuddur. Bu zaman sinir sisteminin yuxarı şöbələrinə
daxil olan impulslar orada sintez və analiz olunduqdan sonra əvvəlcə birinci,
sonra isə ikinci, üçüncü və s. neyronlara, oradan isə onurğa
beyinin spesifik motor-hərəki neyronları ilə işçi orqana-əzələyə ötürülür.
Beləliklə, informasiyaların işçi orqana ötürülməsi ierarxik səviyyədə-yuxarı
hökmran sisteminin (baş beyinin) neyronlarından aşağı-ona tabe olan liflərə
ötürülməsi üçün konkret komanda-əmr verilir və onlar əzələlərin müəyyən qrup
hüceyrələrinə ötürülür. Bu sistem informasiyaların çox dəqiq və çevik
ötürülməsini təmin edən ən fəal determinasiya olunmuş neyron qrupu sayılır.
Həmin prosesdə konvergensiya (bir səviyyənin bir neçə neyronu digər
səviyyənin həmin sayda neyronları ilə əlaqəyə girir), yaxud divergensiya (bir
səviyyənin neyronunun digərinin çoxlu sayda neyronları ilə əlaqəyə girməsi)
nəticəsində informasiyalar filtrasiya olunur (süzülür) və siqnallar çox güclənir.
Neyronların yaralanmalar, xəstəliklər, insult, şişlər zamanı informasiyaları
keçirmə qabiliyyəti itdikdə, yaxud çox zəiflədikdə konvergensiya və
divergensiya onların «köməyinə çataraq» bəzi şanslar verir. Belə ki, bir
səviyyənin neyronları nisbətən məhv edildikdə, zədələnmiş hüceyrələr fəallaşır
və onların da funksiyalarını öz üzərlərinə götürürlər. İerarxik sistemi təkcə
sensor və motor liflər üçün deyil, həm də başqa sistemlər üçün də müvafiq
köməklik göstərir və onlarla ittifaqa (alyansa) girir.