Fяxrяddиn mustafayev


Erkək  heyvanlarda  cinsiyyət  orqanlarına



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə165/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   284
Erkək  heyvanlarda  cinsiyyət  orqanlarına  toxumluqlar  (didimis,  erkək 
cinsiyyət  vəziləri),  toxumluq  (xaya)  artımları  (epididimis),  toxumaparan 
kanallar,  toxum  kisəcikləri,  əlavə  cinsiyyət  vəziləri  (qovuğabənzər,  soğanaq, 
kuper-prostat vəziləri) və erkək cinsiyyət üzvü (penis) aiddir. Xayalar cüt orqan 
olub  öz  artımı  ilə  birlikdə  xaya  torbasında  yerləşərək  spermatozoidlərin  və 


 
116 
hormonun  hazırlanmasına  xidmət  edir,  müdafiə  və  termorequlyasiya 
funksiyalarını  yerinə  yetirir,  çoxlu  sayda  qıvrım  kanalcıqlara  malikdir.  Yaşlı 
qabanın  bir  xayasında  həmin  kanalcıqların  uzunluğu  3000  m-dir.  Cinsi 
yetişkənlik dövründə mütəmadi olaraq xayalarda spermiyalar hazırlanır. Onlar 6-
8  gün  xaya  artımında  yerləşərək  burada  yetişir  və  toxumaparan  kanalın 
divarındakı  əzələlərin  yığılması  nəticəsində  həmin    kanala  keçir. 
Spermatogenezin davam etmə müddəti aşağıdakı kimidir (günlərlə):  
buğada – 54  
qoçda – 49  
donuzda (qabanda)– 34  
ayqırda – 42  
dəvədə – 56   
dovşanda – 41  
xoruzda – 25 
Spermanın-erkəklərdə cinsiyyət aktı zamanı ifraz olunan mayenin hidrogen 
ionlarının koesentrasiyası – pH=6,5-6,9 olur. 
Kənd  təsərrüfatı  heyvanlarının  dişi  cinsiyyət  üzvlərinə  yumurtalıqlar, 
yumurtalıq  boruları,  balalıq,  balalıq  buynuzları    və  dəhlizi  (vagina),  xarici 
cinsiyyət  orqanları  (cinsiyyət  dodaqları,  klitor)  aiddir.  Mayalanma  yumurta 
borularında,  dölün  inkişafı  isə-balalıq  buynuzlarında  gedir.  Yumurtalıqlar 
mürəkkəb  orqan  olmaqla  follikulalardan  və  sarılıq  cisimlərindən  ibarət  olan 
qabıq  (follikulyar)  və  beyin  (damarlı)  maddələrə  ayrılır.  Ovogenez  prosesi  
follikulalarda 
baş  verir,  yumurtalığın  qabıq  maddəsində  ooqoniya 
hüceyrələrindən oositlər, onlardan isə yumurta hücyerələri formalaşır. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin