132
mln spermatozoid olur. Eyakulyatın miqdarı buğada-5-15, qoçda-1,3,5,
donuzda-200-1000, ayqırda-50-600, xoruzda-0,4-1,6 ml təşkil edir.
Bütün spermatozoidlər üçün xarakter xüsusiyyət ondan ibarətdir ki, onların
hamısı mənfı elektrik yükünə mənsubdur, bu da onların bir-birinə yapışmasına
imkan vermir. Heyvanlarda və insanlarda spermatozoidin əmələ gəlməsi külli
miqdarda olub, çox müxtəlifdir. Məsələn, itlərdə bir dəfəki cinsi akt zamanı 60
mln, qoçlarda 1 mlrd, atlarda 10 mlrd, insanda isə 200 mln spermatozoid əmələ
gəlir. Spermatozoid xaricdən sitolemma ilə örtülür ki, onun da ön tərəfındə
yumurta hüceyrəsinin reseptorunun tanınmasını təmin edən xüsusi reseptor-
qlikoziltransferansferaza yerləşir. Meyoz və mitoz prosesləri öz gedişinə və
mərhələlərinə görə bir-birindən kəskin surətdə fərqlənirlər.
Dostları ilə paylaş: