5.1.2. Cinsiyyətin determinasiyasının təyin olunma tipləri Təkamül prosesi zamanı müxtəlif cinsli orqanizmlərdə cinsiyyətin
mexanizmi – determinasiya formalaşmağa başlayır. Cinsiyyətin determinasiyası
prosesi çoxalmanın müxtəlif mərhələlərində baş veməklə, onun təyin
olunmasının üç əsas tipi – epiqam, proqam və sinqam – mövcuddur.
Epiqam determiansiya – ontogenez zamanı ayrı-ayrı fərdlərdə müşahidə
olunmaqla müəyyən dərəcədə ətraf mühit amillərindən asılı olur. Bu hal Bonellia
viridis adlı dəniz qurdlarında daha ətraflı öyrənilib. Onların çox kiçik (bir neçə
mm) erkək fərdləri onlardan xeyli iri dişiciklərin cinsiyyət orqanında
məskunlaşaraq mayalanma funksiyasını yerinə yetirir, sonra onların xortumuna
toplanır, vaxtında isə dişiləri mayalayır, dişilər isə dənizin dibində yaşayır.