CĠNSĠYYƏT VƏ POPULYASĠYANIN GENETĠKASI «Əzəldən belədir çünki kainat, Əldən ələ keçir vəfasız həyat. Cahan daimidir, ömür əmanət Biz gəldi, gedərik, sən yaşa dünya. Bir də görürsən ki, açılan solur, Düşünən bir beyin bir torpaq olur. Bir yandan boşalır, bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya.» (Səməd Vurğun) 5.1. Cinsiyyətin genetikası
5.1.1. Ümumi anlayıĢ. Genetiklər sübut etmişlər ki, orqanizmlərin digər
əlamətləri kimi cinsiyyətin də irsi-genetik əsası vardır. Cinsiyyət orqanizmdə
cinsi hüceyrələrin (yumurta və spermatozoidlər) əmələ gəlməsi zəminində irsi
informasiyanın nəsildən nəsilə ötürülməsini və nəslin törəməsinin davamını
təmin edən müəyyən qrup əlamət və xassələrin məcmusundan ibarət olmaqla,
onun təyini fərdi inkişafın-ontogenezin müxtəlif mərhələlərində müəyyən edilir.
Cinsiyyətin maddi bazasını təşkil edən erkək və dişi fərdləri bir-birindən təfriq
etmək məqsədilə nəzərə alınan əsas əlamətlər 1-ci və 2-ci dərəcəli əlamətlərə
bölünür: Birinci dərəcəli əlamətlərə erkək və dişi cinsiyyət hüceyrələrinin əmələ
gəlməsini və onların mayalanmasını təmin edən fizioloji və morfoloji xassələr və
əlamətlər (ali heyvanlarda sidik-cinsiyyət yolları və üzvləri) aid edilir. İkinci