Fяxrяddиn mustafayev


Modifikasiya (modifikasion)



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə233/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   229   230   231   232   233   234   235   236   ...   284
Modifikasiya (modifikasion) – mühit şəraitinin təsirindən yaranan, genotipi 
dəyişməyən  və  təbiətdə  olduqca  geniş  yayılan  qeyri-irsi  fenotipik  dəyişkənlik 
növüdür.  Dəyişkənliyin  bu  növü  əsasən  orqanizmin  yaşadığı  mühit  şəraitində 
ətraf mühit amillərinin dəyişilməsi və təsiri nəticəsində baş verir. Eyni yumurtalı 
əkizlərin  eyni  genotipə  malik  olmasına  baxmayaraq  onlar  müxtəlif  şəraitdə 
yaşadıqda  əlamətlərinə  görə  bir-birindən  kəskin  surətdə  fərqlənirlər.  Belə  ki, 
erkək  bal  arılarının  mayalı  yumurtadan  inkişaf  etməsinə  baxmayaraq  sürfə 


 
170 
mərhələsində  onların  keyfiyyətindən  asılı  olaraq  bəzən  işçi,  yaxud  ana  arılar 
peyda  olur.  Ana  arıların  südü  ilə  yemlənən  dişi  arılar  isə  ana  arılara  çevrilir. 
Heyvanlarda  kəmiyyət  göstəriciləri  (süd,  ət,  diri  kütlə,  bala,  yun,  və  s. 
məhsuldarlığı)  mühit  amillərinin  təsirindən  böyük  dəyişikliyə  uğramaqla 
modifikasiya  dəyişkənliyi  nəticəsində  yaranır.  Keyfiyyət  əlamətləri  (qan 
qrupları,  rezus  amili,  zülal  tipləri,  rəng  və  s.)  isə  əsasən  irsiyyətin  nəzarəti 
altında  saxlanılır.  Mühit  şəraiti  heyvanlarda  bəzən  genetik  fərdlərədə  fenotipə 
zəmin yaradır. Bu zaman genotipi eyni olan yüksək və aşağı məhsuldar fərdlərdə 
məhsuldarlıq  eyni  olur.  Bunu  nəzərə  alaraq  əlverişsiz  mühit  şəraitində  fenotipə 
görə  seçmə  və  seleksiya  işlərinin  aparılması  məqsədəuyğun  hesab  edilmir. 
Heyvan  və  quşların  baytarlıq  təbabəti  tələblərinə  uyğun  bəslənməsi  nəinki 
birinci, hətta sonrakı nəsillərdə də fərdlərin normal inkişafına və məhsuldarlığına 
olduqca  neqativ  təsir  göstərir.  Orqanizmlərin  xarici  və  daxili  quruluşunun 
daimiliyinin  sabit  saxlanması  kariotipin,  DNT-nin  və  onun  sahələri    sayılan 
genlərin  ən  başlıca  xassəsi  hesab  edilir.  Genetik    materialın  morfofunksionlal 
davamlılığı  bütün  irsi  əlamətlərin  gələcək  nəsillərə  verilməsini  təmin  edir  və 
növün  əlamətlərinin  yüz  illərlə  davam  etməsi  üçün  zəmin  yaradır.  Lakin  bu 
sabitlik  nisbi  xarakter  daşıyır,  daxili  və  xarici  amillərin  təsirindən  genetik  
materialda mutasiya dəyişkənliyi baş verir.  

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin