Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə230/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   284
Bioloji  mutagenlər.  Heyvanlarda  mutasiya  törədən  sadə  birhüceyrəli 
orqanizmlər  (ibtidailər,  qan  parazitləri,  amöb,  bakteriyalar,  göbələklər, 
aktinomistlər),  parazitlər,  helmintlər,  bitki  ekstaktları,  diri  vaksinlər,  bioloji 
mutagenlər  sinfini  təşkil  etməklə  onların  təsirindən  hüceyrələrə  yad  (yabanı) 
DNT  daxil  olur  və  çox  geniş  spektirli  mutasiya  törədir.  Məsələn,  donuzların 
lixoradka (isitmə) virusu ilə süni yoluxdurulan buzov, quzu, çəpiş və çoşqaların 
kariotipi  öyrənilərkən  onlarda  müxtəlif  tipli  xromosom  aberrasiyaları  (delesiya, 
xromosomların  dağılması,  fraqmentlərə  parça-lanması,  poliploidiya  və  s.)  və 
anomaliyalar  aşkar  olunmuşdur.  Eksperimental  olaraq  sübut  edilmişdir  ki, 
təbabət  və  baytarlıq  təbabətində  işlədilən  dərman  preparatları  (bəzi  yem 
əlavələri,  konservantlar,  antibiotiklər,  sulfanilamidlər,  nitrofuranlar,  tiazin 
birləşmələri  və  s.)  olduqca  güclü  mutagen  təsirə  malikdir.  Buna  görə  də  qeyd 
olunan  preparatların,  həmçinin  bioloji  stimulyatorların,  zəhərli  və  toksiki 
birləşmələrin  mutagen  təsiri  müəyyən  edilməli  və  lazım  gəldikdə  təbabət  və 
baytarlıq təbabətində onlar təlimat əsasında işlədilməlidir. Qeyd etmək lazımdır 
ki,  süni  mutagenez  yolu  ilə  seleksiya  nəticəsində  yüksək  məhsuldar  və 
xəstəliklərə  davamlı  heyvan  cinsləri  və  bitki  sortlarının  yetişdirilməsi  genetika 
elminin  yeni  əlverişli  və  mütərəqqi  üsulu  kimi  dəyərləndirilməlidir.  Akademik 


 
169 
İ.Ovçinnikova  görə  kimyəvi  mutagenez  yolu  ilə  Rusiyada  100-dən  çox  yüksək 
məhsuldar  və  xəstəliklərə  davamlı  yeni  buğda,  arpa,  vələmir,  yonca  sortları 
yetişdirilmişdir.  Ətraf  mühit  amillərinin  (litosfer,  hidrosfer,  atmosfer)  zəhərli, 
zərərli  kimyəvi  birləşmələr  və  tullantılarla  çirklənməsi  də  ağır  genetik  fəsadlar 
törətdiyi  üçün  heyvan,  quş,  balıq  və  bal  arılarını  həmin  mutagenlərin  neqativ 
təsirlərindən  qorumaq  artıq  günün  ən  vacib  tələbi  hesab  olunur.  XIX  və  XX-
əsrlərdə  insanın  antropogen  fəaliyyəti  nəticəsində  yaranan  ekoloji  disbalans  və 
neqativ  fəsadlar  planetimizin  təbii  mənzərəsini  kəskin  surətdə  dəyişdiyi  üçün 
heyvanlar  arasında  bəzi  mutagen  və  teratogen  mənşəli  patologiyalar  mövcud 
olmuşdur.  Ətraf  mühiti  çirkləndirən  nitratlar  əvvəlcə  nitritlərə,  sonra  isə  fəal 
nitrozoaminlərə  çevrilərək  heyvanlarda  gen  və  xromosom  mutasiyaları  törədir. 
İntensiv  kənd təsərrüfatı texnologiyalarının geniş  tətbiq  olunduğu heyvandarlıq 
təsərrüfatlarında  ən  güclü  mutagen  təsirə  malik  olan  preparat  nitrit  birləşmələri 
sayılır. Radioaktiv izotoplar və ağır metallar ətraf mühit amillərində öz fəallağını 
uzun  müddət  saxlayaraq  əvvəlcə  bitki  orqanizmlərinə,  sonra  isə  onlarla 
yemlənən  heyvan,  quş,  balıq,  bal  arısı  orqanizmlərinə  keçir,  nəticədə  onların 
yeyinti  məhsulları  ilə  qidalanan  insan  orqanizmi  güclü  mutagen  təsirə  məruz 
qalır. Heyvanların müasir yeni nəsillərində mutagen amillərin təsirində spontan 
abortlar,  ölü  və  anomal  balaların  doğulması  hallarının  diapozonu  gündən-günə 
daha da genişlənir. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin