Transpozisiyalar –genin tərkibində bir cüt əsasın köçürülməsi.
Müvafiq zülalların sintezi zamanı baş verən gen mutasiyaları aşağıdakı
mexanizmlə həyata keçirilir:
Dəyişilmiş DNT ardıcıllığı Dəyişilmiş mRNT dəyişilmiş polipeptid
zənciri
Zülalın quruluşunun dəyişməsi
Dəyişilmiş ferment
Kənd
təsərrüfatı
heyvanlarının cins, xətt və populyasiyalarında
mutasiyaların yayılması bilavasitə onların təsərrüfat və bioloji əlamətlərinin
xarakteri ilə müəyyən olunduğu üçün mutasiyalar dəyərli, zərərli və neytral
formada mövcud ola bilər. Məsələn, qaragül qoyunlarının rənginin qara
olmasına baxmayaraq, mutasiya nəticəsində yeni nəsil törəmələrində başqa
rənglər də peyda olur və onlar dünya bazarında çox böyük maraq doğurur. Məhz
buna görədir ki, selesiyaçı alim və mütəxəssislər rəngli qoyun cinslərindən ibarət
sürülərin yaradılmasına çox böyük önəm verirlər. Gen mutasiyaları adətən
zərərli formada yaranmaqla heyvan və quşlarda eybəcərliklərə, anomaliyalara
malik olan fərdlərin yaranmasına ciddi zəmin yaradırlar. Kariotipin miqdar
anomaliyaldarının əsasını meyoz zamanı xromosomların uyğunsuzluğu təşkil
edir və ən çox dişi fərdlərdə baş verir. Meyoz bölünmə zamanı xromatidlərin
uyğunsuzluğu nəticəsində trisomiya və monosimiya prosesləri müşahidə edilir.
Validenylərin cinsi hüceyrələrində baş verən mutasiya trisom və monosom
embrionların doğulmasına səbəb olur. Somatik mutasiyalar kateqoriyasına