Dairəvi xromosomlar – iki qurtaracaq fraqmentinin əmələ gəlməsi
nəticəsində formalaşır.
– İzoxromosomlar – xromosomların üfiqi və horizontal bölünməsi
nəticəsində baş verir.
Gen mutasiyası – mahiyyət etibarilə mutagen amillərin təsirindən
xromosomlardakı genlərin quruluşunun, tərkibinin və funksiyalarının pozulması
nəticəsində orqanizmlərin irsi əlamət və xassələrinin dəyişikliyə məruz
qalmasından ibarət olub, təsir xarakterinə görə dominant, yaxud resessiv
formalarda təzahür edir. Lakin mutant genlər əksər hallarda resessiv effektli
formasında olur, normal allel dəyişilmiş genin təsirinə təzyiq göstərir və onu
nisbətən zəiflədir. Mutant genlərin zülal və fermentlərin sintezinə nəzarəti və
təsiri 5 tip mutantlar-hipomorf, hipermorf, antimorf, neomorf, amorf-yaradır.