166
formasının, ölçülərinin, düzülüşünün, bəzi fraqmentlərin itməsi və əlavə
olunması ilə xarakterlənir və onun aşağıdakı növləri vardır:
– Translokasiya – xromosomun ayrı-ayrı fraqmentlərinin onun bir
hissəsindən digər hissəsinə keçməsi, müxtəlif xromosomlar arasında mübadiləsi
prosesindən ibarətdir.
–
İnversiya – xromosom daxili aberrasiyadan (kariotipdə quruluş
dəyişikliyi) və xromosomun fraqmentlərinin 180
0
çevrilməsindən ibarətdir.
–
Delesiya – xromosomun orta fraqmentinin itməsindən və onun
qısalmasından ibarətdir.
–
Çatmamazlıq – xromosomun sonuncu (quyruq) fraqmentinin itirilməsidir.
–
Duplikasiya – bir xromosomun (intraxromosom dublikasiya), yaxud
müxtəlif xromosomların (interxromosom duplikasiya) fraqmentlərinin ikiləşməsi
ilə səciyyələnir.
Dostları ilə paylaş: