Tam korrelyasiya zamanı dəyişilən əlamətlər mütənasib olur (hər ikisi ya
artır, ya da azalır), natamam korrelyasiyada isə əksinə bir əlamət digər əlamətə
görə qeyri-mütənasib formada dəyişilir və mütənasiblik pozulur:
Korrelyasiya
Müsbət mənfi
tam natamam tam natamam Korrelyasiya əmsalı o-dan 1-ə qədər mənfi, yaxud müsbət ola bilər. Əgər
əlaqə müsbət olarsa əmsal da + işarəsi ilə, – mənfi olduqda isə – işarəsi ilə ifadə
olunur. Heyvanlarda keyfiyyət əlamətləri və onların irsən keçməsi
N.İ.Vavilovun homoloji sıralar qanuna əsasən öyrənilməklə yalnız iqtisadi
əhəmiyyət kəsb etdikdə qiymətli sayılır. Qan qrupu sistemlərinin irsən keçməsi
bəzi kəmiyyət əlamətləri (süd, canlı kütlə, yun, yumurta və s.) ilə qarşılıqlı
vəhdət təşkil edir. Son zamanlar alimlər müəyyən etmişlər ki, heyvanların qan
qrupu sistemi ilə zülal polimorfizmi, eləcə də məhsuldarlıqla yaşama müddəti
arasında böyük korrelyasiya əlaqəsi vardır. Həmin yeni korrelyasiya əlaqəsi
forması zülal və immunoloji polimorfizm arasında olan genetik əlaqələrdən
ibarətdir. Kəmiyyət əlamətləri kənd təsərrüfatı heyvanları və quşlarının ən
dəyərli, qiymətli və təsərrüfat əhəmiyyətli göstəriciləri olmaqla onların genetik
xarakter daşıması və irsən keçməsi Q.Mendelin qanunlarına əsaslanır və Hüqo
de-Frizin göstərdiyi kimi həm də yeni mutasiyaların baş verməsinə zəmin
yaradır. Heyvanlarda təsərrüfat əhəmiyyətli kəmiyyət əlamətlərinin irsən
keçməsi bəzi irsi (genotipdən) və qeyri – irsi (fenotipdən) amillərdən asılı
xarakter daşıyır. İrsi əlamətlərin nəslə keçmə dərəcəsi (irsən keçmə, yaxud