Keyfiyyət əlamətlərinə – heyvanın konstitusiya tipi, bədən quruluşu, (zəif,
boş, bərk, qaba), buynuzlu, yaxud buynuzsuz olması, sinir tipləri, rəngi,
cinsiyyəti (fərdin erkək, yaxud dişi olması), yun örtüyünün qaba, zərif,
yarımzərif, xəz dəri tipinə məxsusluğu və s. aiddir. Bəzi keyfiyyət əlamətləri
kəmiyyət əlamətlərinə də malik ola bilər. Belə ki, heyvanın köklük dərəcəsi
1,2,3 və s. balla qiymətləndirilir. Keyfiyyət əlamətlərindən fərqli olaraq
heyvandarlıq və quşçuluqda seleksiya-damazlıq işlərinin aparılmasında
kəmiyyət əlamətləri başlıca genetik parametrlər hesab edilir.
Dostları ilə paylaş: |