mozaisizm yaxud miksoploidiya, həmçinin ximerizm aiddir. Mozaisizm
orqanizmdə iki və ya daha çox normal, yaxud anomal xromosom dəsti olan
hüceyrə klonlarının əmələ gəlməsi zamanı baş verir.
Spontan mutagenezin səbəb və amilləri. Spontan mutasiya orqanizmin
genotipi, yaşı, fizioloji xüsusiyyətləri, təbii radiasiya fonu, ətraf mühitin
temperaturu və s. amillərdən asılı olaraq baş verir. Heyvanlarda gen və
xromosom mutasiyasına səbəb olan süni mutagenez isə mutagen (mutasiya
törədən) amillərin təsirindən yaranmaqla üç sinfə – fiziki, kimyəvi və bioloji
sinfə bölünür.