Korrelyasiya (korrelyativ) dəyişkənliyi zamanı irsiyyətin və ətraf mühit
amillərinin təsiri altında orqanizm tam vahid varlıq kimi inkişaf etməklə hər
hansı bir orqan və toxumanın dəyişilməsi digərlərinin quruluş və funksiyasının
dəyişilməsinə səbəb olur. Dəyişkənliyin bu növünün baytarlıq təbabəti
təcrübəsində olduqca böyük əhəmiyyəti vardır. Yüksək məhsuldar südlük və
ətlik qaramal cinsləri arasında çox böyük korrelyativ uyğunsuzluq mövcuddur.
Buna baxmayaraq toyuqlarda eymerioza (koksidioza) qarşı davamlılıq ilə
onların bədən kütləsi arasında müsbət korrelyasiya uyğunluğu vardır.