181
fərqlənməsi məhz zülalların tərkibinin müxtəlifliyi ilə əlaqədardır. Ontogenez və
onun bütün mərhələləri orqanizmin inkişaf dövrlərinin onun genotipində
proqramlaşmasından ibarətdir. Bu prosesdə xarici mühit amilləri də olduqca
böyük rol oynayır. Çünki orqanizmin böyüməsi və inkişafı üçün lazım olan
bütün maddələrin hamısı xarici mühitdən alınır. Yəni orqanizmlərin fərdi
inkişafı həmişə xarici mühit amilləri ilə, o cümlədən heyvanların saxlanma,
bəslənmə, yemləmə şəraiti ilə fəlsəfi bir vəhdət təşkil edir və məhsuldarlığın
kəmiyyət və keyfiyyət göstəricilərinə müxtəlif xarakterli təsir göstərir.
Orqanizmin fərdi inkişafının əsas mahiyyətini
böyümə və
inkişaf təşkil edir.
Böyümə – orqanizmin canlı kütləsinin orqan, toxuma və hüceyrələrinin
artmasından ibarət olub inkişafla qırılmaz sürətdə dialektik vəhdət təşkil edir.
Hücyerələr orqanizmin xarici mühitdən qəbul etdiyi müxtəlif qida maddələrinin
hesabına çoxalır və inkişaf edir. Müxtəlif fermentlər katalizator rolu oynamaqla
hüceyrədə metabolizm prosesinin baş verməsini təmin edir, onun böyüməsi və
inkişafına zəmin yaradır. Böyümə və inkişaf prosesləri qeyri-bərabər formada
davam edir ki, bu da inkişafın genetik proqramlaşdırılmasının əsasən üç
səviyyədə həyata keçirilməsi ilə əlaqədardır:
1.
Xromosomların üzərində yerləşən genlərin eyni vaxtda təsir göstərməsi.
2.
Fəal böyümə və differensiasiya zamanı genlərin təsirinin müxtəlif
olması. Bu zaman əvvəlcə hüceyrənin böyüməsini və bölünməsini idarə edən
genlər, sonra isə ayrı – ayrı orqan və toxumaların formalaşmasını və spesifik
zülalların sintezi prosesini tənzimləyən genlər təsir göstərir.
Dostları ilə paylaş: