Fяxrяddиn mustafayev


Müxtəlif növ heyvanların kariotipinin müqayisəli xarakteristikası



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə246/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   242   243   244   245   246   247   248   249   ...   284
Müxtəlif növ heyvanların kariotipinin müqayisəli xarakteristikası 
 (T.M.Turabov, 1997) 
 
Heyvan növləri 
Xromo-
somla-
rın sayı 
O cümlədən 
Akrosen- 
trik 
Metasen-
trik 
Submetas
entrik 
Akrosen-
trik 
Meta- 
sen-trik 
Submeta-
sentrik 
İri 
buynuzlu 
qaramal 
60 
55 




X,U 
Zebu 
60 
58 





Asiya camışı 
50 
38 

10 
X,U 


Afrika camışı 
48 
42 


X,U 


Qaytaq 
60 
58 




X,U 
Zubr və bizon 
60 
58 





At 
64 
36 

20 



Perejeval atı 
66 
40 
10 
14 



 
 
 
5.1.4. Ontogenezin genetik əsasları 
 
 
Buludlar havada dağılır lay– lay, 
Yenə öz yerində yuvarlanır Ay, 
Fəqət, nə Cəlal var, nə də ki, Humay, 
Nə ömrə acıyır, nə yaşa dünya. 
 
(Səməd Vurğun) 
 
Ontogenez  –  orqanizmin  fərdi  inkişaf  prosesindən  ibarət  olub,  yumurta 
hüceyrəsinin mayalanmasından təbii ölümə qədər olan dövrləri əhatə edir. Fərdi 
inkişafın  öyrənilməsi  prosesi  genetika  elminin  ən  mürəkkəb,  lakin  olduqca 
maraqlı  bir  sahəsidir. Bu  termin  biologiya  elminə  ilk  dəfə  E.Hekkel  tərəfindən 
(1866)  daxil  edilmişdir.  Nəsillər  arasında  mövcud  olan  maddi  və  funksional 
uyğunluq,  bir  qayda  olaraq,  irsiyyətlə  müəyyənləşdirilir.  İrsi  informasiyaların 
hamısı DNT molekulunda kodlaşır. Ontogenezin ayrı-ayrı fərdlərin genotipində 
proqramlaşmasına baxmayaraq,bu proqramm yalnız konkret mühit şəraitində baş 
verir.  Lakin  fərdlərin  hər  bir  üzvünün  və  üzvlər  sisteminin  forma,  quruluş  və 
funksiyasının  tədricən  təşəkkül  formasını  morfogenez  təmin  edir.  Mayalanmış 
yumurta  hüceyrəsində  valideyn  fərdlərinin  hər  ikisinin  (ata  və  ana)  genləri 
birləşərək,  həmin  hüceyrədən  çox  saylı  bölünmə  prosesi  nəticəsində  olduqca 
mürəkkəb quruluşa malik olan çoxhüceyrəli orqanizm inkişaf edərək formalaşır. 
Lakin  mayalanmış  vahid  bir  hüceyrədən  özünün  quruluşuna,  funksiyasına  və 
kimyəvi  tərkibinə  və  xassələrinə  görə  bir-birindən  kəskin  surətdə  fərqlənən 


 
179 
çoxlu  sayda  hüceyrə  tiplərinin  əmələ  gəlməsi  həmişə  biologiya  elminin  əsas 
problemlərindən biri olub. Orqanizmin əlamət və xassələrinin ontogenez prosesi 
zamanı  formalaşması  da  həmin  problemlərdən  biri  hesab  edilir.  Ontogenezin 
genetik  nəzarətinin  öyrənilməsi  mexanizmi  heyvan  və  bitkilərin  seleksiyası 
işində,  eləcə  də  insan  və  heyvanların  genetik  xəstəliklərinin  müalicə  və 
profilaktikasında həm nəzəri, həm də praktiki cəhətdən çox mühüm əhəmiyyətə 
malikdir. 
Klassik genetikada uzun müddət elə güman edilirdi ki, gen xromosomda hər 
hansı  bir  yad  maddə-birləşmə  formasında  olmaqla  öz-özünə  reproduksiya 
olunmaq  xassəsinə  malikdir,  həm  də  funksiyaların,  rekombinasiyaların  və 
mutasiyanın  bölünməz  vahididir.  Genlərin  bölünməz  vahid  olması  məsələsi  ilk 
dəfə  olaraq  ətraflı  surətdə  rus  alimi  A.A.Serebrovski  və  onun  əməkdaşları 
(N.P.Dubinin,  B.N.Sidorov,  İ.İ.Aqol)  tərəfindən  öyrənilmiş  (1929-1930)  və 
mutasiya  zamanı  drozofil  milçəklərində  pilləkənvari  allelizmin  mövcudluğu 
aşkar edilmişdir. Onlar klassik genetikada uzun  müddət ərzində hökmran təlim 
sayılan  genin  xromosomun  bölünməz  hissəsi  olmasını  birmənalı  olaraq  təkzib 
etmiş  və  göstərmişlər  ki,  genin  özü  olduqca  mürəkkəb  bir  quruluşa  malikdir. 
Qeyd  edilən  alimlər  sübut  etmişlər  ki,  hər  bir  gen  bölünəndir  və  ayrı-ayrı 
funksional  sahələrdən-mərkəzlərdən  təşkil  olunub.  Həmin  gen  sahələri  həm  də 
mutasiya zamanı böyük dəyişikliyə uğrayaraq eyni zamanda bir neçə mərkəzini 
itirir.  Beləliklə,  bütün  mürəkkəb  quruluşa  malik  olan  gen  bazigen,    onun 
funksional  olaraq  bir-birindən  asılı  olmayan  sahələri  isə  transgen 
adlandırılmışdır. Genlərin funksional vahidləri sonralar sistronlar adlandırılaraq 
onların  quruluş  RNT-nin  bir  polipeptid  zənciri,  yaxud  molekulundan  ibarət 
olması sübut edilmişdir. 
Gen anlayışı olduqca geniş diapozomlu bir məvhum olmaqla, sistronlardan 
başqa  həm  də  mutasiya  edici  təsir  göstərən  sahələrə  –  saytlara  malikdir. 
Göründüyü  kimi,  gen  olduqca  mürəkkəb  quruluşa  malikudir  və  molekulyar 
quruluşuna  görə    eukariotların  geni  prokariotlarınkından  çox  kəskin  surətdə 
fərqlənir.  Belə  ki,  prokariotların  genləri  ardıcıllıqla  yerləşən  tripletlərdən 
ibarətdir.  Eukariotlarda  isə  genlərin  əksəriyyəti  informasiya  daşımayan 
sahələrdən  –  intronlardan  təşkil  olunur.  Bu  cür  sahələr  dovşanların 

-
qlobulinində 700 cüt əsaslardan ibarət olduğu halda, genin kodlaşdırıcı hissəsi – 
ekzonlar isə 438 cüt əsaslardan ibarətdir. Ali orqanizmlərdə hər bir əlamətə bir 
neçə gen nəzarət edir, bu prosesə fermentlər də təsir göstərir. Ontogenez zamanı 
fərdin  genotipində  hər  bir  gen  2  allellə  təmsil  olunur  və  onların  kombinasiyası 
nəticəsində    müvafiq  əlamətlər  yaranır.  Belə  ki,  qaramalların  dərisinin  rənginə 
10,  drozofilin  gözlərinin  rənginə  20,  su  samurunun  xəzinin  rənginə  isə  20-dən 
çox  genlər  nəzarət  edir.  Məməlilərdə  embrionun  inkişafı  və  əlamətlərinin 
formalaşması  valideyin  fərdlərin  genotipinin  nəzarəti  ilə  müşayət  olunur  və 
postembrional dövrdə sabit qalır. Bu əlamətlərə orqanizmin ayrı-ayrı üzvlərinin 
morfoloji  quruluşu,  hemoqlobinin  tipi,  qan  qrupu  sistemləri  və  s.  aiddir.  Xarici 
mühit, xüsusilə mikro və makro iqlim amilləri əsasən orqanizmə post embrional 
dövrdə nəzərə çarpacaq dərəcədə təsir göstərir. 


 
180 
Mühit amilləri bir qayda olaraq heyvan və bitkilərin kəmiyyət əlamətlərinə 
təsir  edir.  Canlı  orqanizmlərin  bütün  fərdlərinin  ontogenezi  Miller-Hekkelin 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin