Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə254/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   250   251   252   253   254   255   256   257   ...   284
Genetik qanunauyğunluq. Bu zaman aşağıdakılar əsas götürülməlidir: 
–  genetik  cəhətdən  ontogenezin  məhdudlaşması  və  heyvan  orqanizminin 
spesifik xüsusiyyətlərinin nəzərə alınması; 
– ontogenez zamanı heyvanlarda fenotipin formalaşmasının genotipdən asılı 
olmasının nəzərə alınması;  
– böyümə sürətinin və davamiyyətin irsiyyətdən asılılığına diqqət verilməsi; 
–  mutasiyanın  (mutagen  amillərin)  təsirindən  ontogenez  prosesi  zamanı 
orqanizmdə irsiyyətin dəyişilməsinin nəzərə alınması. 
2. Fizioloji qanunauyğunluq: 
– orqanizmin böyümə və inkişafının mərhələli xarakteri və gedişi; 
– fərdi inkişaf prosesində orqanizmin əlamət və xassələrinin mərhələlər üzrə 
dəyişilməsinin gedişi; 
–  inkişafın  ayrı-ayrı  mərhələlərində  gedən  fizioloji  proseslərin  və 
funksiyaların xarakteri; 
–  orqanizmin  ayrı-ayrı  orqan  və  toxumalarının  uyğunlaşma  və  həyat 
fəaliyyətinin qocalma dövründə dəyişilmə dinamikası. 
3. Biokimyəvi qanunauyğunluqlar: 
–  metabolizm  prosesi  zamanı  anabolizm  və  katabolizmin  dəyişilmə 
dinamikası; 
–  ontogenez  prosesində  orqanizmin  böyümə  və  inkişafının  mərhələləri 
zamanı zülalın azalma və xolisterinin artması dinamikası; 
Kənd  təsərrüfatı  heyvanlarının  ontogenezinin  prioritet  istiqamətlərinin  və 
şərtlərinin də həmişə nəzərə alınması vacib məsələ hesab edilir: 
1.
 
Orqanizmin hüceyrə, toxuma, orqan və orqanlar sisteminin funksiyasının 
yerinə yetirilməsi prosesinin differensiallaşması. 
2.
 
Hücyerə, toxuma, orqan və orqanlar sisteminin differensiasiya təliminin 
və  ayrı-ayrı  hüceyrə  tipi  üçün  müəyyən  əlaməti  nəslə  ötürən  uyğun  genlərin 
yaranması. 
3.
 
Qan,  sinir  və  endokrin  sisteminin  və  fermentlərin  yerinə  yetirdiyi 
funksiyalar  nəticəsində  müxtəlif  toxuma  və  orqanların  birləşməsi  və  qarşılıqlı 
əlaqəsi. 


 
185 
4.
 
Ontogenezin  postembrional  dövründə  orqanizmin  xarici  mühit 
amillərinin təsirinə qarşı adaptasiya olunması. 
5.
 
Ontogenez 
prosesinin 
heyvanlarda 
dövriyyəsinin 
xarakterik 
xüsusiyyətləri. 
6.
 
Fərdi  inkişaf  prosesində  güclü  differensiasiya  zamanı  böyümənin 
sürətinin  zəifləməsi,  bəzi  halda  isə  güclənməsi  nəticəsində  orqanizmin 
inkişafının ləngiməsinə səbəb olması hadisəsinin müşahidə edilməsi. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin