populyasiyalar adlanır. 1908-ci ildə ingilis riyaziyyatçısı Q.Xardi və alman
həkimi V.Vaynberq bir-birindən xəbərsiz sərbəst çoxalan populyasiyaların
quruluşunu (Xardi-Vaynberq qanununu) kəşf etdilər. Həmin qanun panmiktiki
populyasiyaların genetik quruluşunu xarakterizə edir. Alimlər riyazi analiz yolu
ilə insan populyasiyasında homoziqot və heteroziqot genotiplərin nisbətini
öyrənmiş və müəyyən etmişlər ki, homoziqot və heteroziqot genotiplərin nisbəti
riyazi qanunauyğunluğa tabe olub binom əmsalının açılışına müvafiqdir:
(a+b)
2
=a
2
+2ab+b
2
.
Xardi-Vaynberq heç bir seçmə, mutasiya və xətti qarışıqlıq
etmədən genlərin paylanmasının riyazi analizini aparmaqla müəyyən etmişlər ki,
bu cür populyasiya genotiplərin nisbətinin sabit saxlanması üçün olduqca
əlverişli sayılır və aşağıdakı disturla ifadə olunur: