Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə244/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   240   241   242   243   244   245   246   247   ...   284
 
 
 
Cədvəl 15.  


 
176 
Cinsiyyətin təyin olunma tipləri (R.Quliyev, K.Əliyeva, 2002) 
 
 
 
5.1.3. Cinsiyyətlə iliĢikli əlamətlərin irsiliyi. 
 
Somatik hüceyrələrdən fərqli olaraq cinsiyyət hüceyrələrinin xromosomları 
bir  neçə  əlamətin  inkişafına  nəzarət  etmək  xassəsinə  malik  olan  xüsusi  genə 
malikdir.  Bu  isə  əlamətlərin  cinsiyyətlə  ilişikli  nəslə  keçməsinə  mühüm  zəmin 
yaradır.  Genetikanın  banilərindən  biri  Ç.T.Morqan  ilk  dəfə  olaraq  gözünün 
rənginə  görə  bir-birindən  fərqlənən  drozofil  milçəkləri  üzərində  cinsiyyətlə 
ilişikli əlamətlərin irsiliyinin qanunauyğunluqlarını kəşf etməklə sübut etmişdir 
ki,  drozofildə  qırmızı  rəng  əlamətini  idarə  edən  Ç  –  dominant  və  ç  –  resessiv 
genidir. Alim gözünün rəngi qırmızı olan dişi drozofilləri ağ rəngə malik erkək 
drozofilləri  ilə  çarpazlaşdırdıqda  I  –  nəsil  heteroziqot  z  ç  fərdlərin  hamısının 
gözü  qırmızı  rəngdə  olmuşdur.  Birinci  nəslin  erkək  və  dişi  fərdlərin  öz 
aralarında  çarpazlaşdırılması  (F
1
  x  F
1
)  nəticəsində  isə  drozofilin  3-hissəsinin 
gözü qırmızı, 1-hissəsininki isə ağ rəngdə olmuşdur (3:1). Bu zaman alınan dişi 
fərdlərin  hamısı  qırmızı  gözlü  (Ç  Ç    və  Ç  Ç)  olmuşdur.  Beləliklə,  heteroziqot 
fərdlərdə  resessiv  əlamətin  olması,  cinsiyyətlə  ilişikli  əlamətlərin  olmasını  bir 
daha  təsdiqləyir.  Cinsiyyətlə  ilişikli  əlamətlərin  irsiliyi  toyuqlar  üzərində  daha 
geniş  və  ətraflı  öyrənilmişdir.  Rod-ayland  cinsli  xoruzu  dominant  B-geni 
daşıyan susseks cinsli toyuqlarla çarpazlaşdırdıqda rəng (piqmentləşmə) əlaməti 
toyuqlardan  yeni  nəsil  xoruzlarına  (beçələrə),  valideyn  xoruzlardan  isə  törəmə 
fərələrə  keçir  (beçələrin  hamısı  gümüşü,  bütün  fərələr  isə  qızılı  zolaqlı  rəngdə 
olur).  Göründüyü  kimi,  əlamətlərin  cinsiyyət  xromosomları  ilə  nəslə  verilməsi 
cinsiyyətlə ilişikli olaraq X və Y xromosomlarla həyata keçirilir. 
Cinsiyyətlə  ilişikli  irsən  keçən  əlamətlər  yalnız  cinsiyyət  xromosomlarında 
yerləşən genlər vasitəsilə həyata keçirilir və onların daimi nəzarəti altında olur. 
Məhz  buna  görə  də  həmin  proses  cinsiyyətlə  ilişikli  olaraq  əlamətlərin  irsən 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin